İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident, 

Əziz Qardaşım, 


2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm. 

Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi.
Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi. 

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq. 

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu.

Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik. 

Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır. 
Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Hüseynov “Qarabağ”dan GEDİR

Abbas Hüseynov “Qarabağ”dan GEDİR

Kürdəmirdə avtomobil mağazaya ÇIRPILDI - VİDEO

Kürdəmirdə avtomobil mağazaya ÇIRPILDI - VİDEO

Yağış yağacaq, güclü külək əsəcək – SABAHIN HAVASI

Yağış yağacaq, güclü külək əsəcək – SABAHIN HAVASI

Nuranə Babayeva: “Bütün kədərlə xatırlatdığımız günlər indi sevincli günlərlə əvəz olunur”

Nuranə Babayeva: “Bütün kədərlə xatırlatdığımız günlər indi sevincli günlərlə əvəz olunur”

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Limonlu su içənlərin nəzərinə

Limonlu su içənlərin nəzərinə

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin DİQQƏTİNƏ

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin DİQQƏTİNƏ

Nizami Kino Mərkəzinin divarındakı yazılarla bağlı cinayət işi açıldı

Nizami Kino Mərkəzinin divarındakı yazılarla bağlı cinayət işi açıldı

Evli qadınla tutulan deputat pəncərədən qaçıbmış... – TƏFƏRRÜAT

Evli qadınla tutulan deputat pəncərədən qaçıbmış... – TƏFƏRRÜAT

Rusiya PUA-sı Kiyevdə uşaq bağçasını hədəf aldı – ANBAAN VİDEO

Rusiya PUA-sı Kiyevdə uşaq bağçasını hədəf aldı – ANBAAN VİDEO

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir? – ÖZÜ DANIŞDI

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir? – ÖZÜ DANIŞDI

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Qurbanovun konfranslara qatılmamasına Rövşən Nəcəfdən REAKSİYA

Qurbanovun konfranslara qatılmamasına Rövşən Nəcəfdən REAKSİYA

Aynur Kərimova yeni vəzifəyə TƏYİN OLUNDU

Aynur Kərimova yeni vəzifəyə TƏYİN OLUNDU

Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

İsrail şəhərləri İranın raket hücumundan sonra – VİDEO

İsrail şəhərləri İranın raket hücumundan sonra – VİDEO

Cahangir Həsənzadə AFFA-dakı vəzifəsini tərk edir

Cahangir Həsənzadə AFFA-dakı vəzifəsini tərk edir

Litvanın Baş naziri Azərbaycana gələcək

Litvanın Baş naziri Azərbaycana gələcək

Bu xəstəliklərin varsa, maşın sürə bilməzsən – Dünyada və Azərbaycanda sürücülük QADAĞALARI

Bu xəstəliklərin varsa, maşın sürə bilməzsən – Dünyada və Azərbaycanda sürücülük QADAĞALARI

Ermənistan nümayəndələri Bakıya GƏLƏCƏK

Ermənistan nümayəndələri Bakıya GƏLƏCƏK

“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov

“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov

Bayraktar “Kızılelma”nın növbəti sınaq uçuşunun görüntülərini paylaşdı - VİDEO

Bayraktar “Kızılelma”nın növbəti sınaq uçuşunun görüntülərini paylaşdı - VİDEO

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazilərini 1,5 milyondan çox mina ilə çirkləndirib” – FOTO

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazilərini 1,5 milyondan çox mina ilə çirkləndirib” – FOTO

End of content

No more pages to load

RADİO