Jan Mişel Brun: “Fransa Azərbaycanla bağlı siyasətində öz sözünə xəyanət etdi” – MÜSAHİBƏ

“Həqiqətən də Fransa ilə Azərbaycan arasında münasibətlər uzun illər boyunca nümunəvi xarakter daşıyıb. Azərbaycan 1918-ci ildə ilk respublikasını quranda və 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri Fransa olub. Fransa həm də Bakıda səfirlik açan ilk Qərbi Avropa ölkəsi olub. Azərbaycan Respublikasının Prezidenti, Ulu öndər Heydər Əliyevin regiondan kənara ilk rəsmi səfəri Fransaya olmuşdu”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, politoloq Jan Mişel Brun deyib. 

Fransanın Azərbaycana qarşı dəyişən mövqeyi, tarix boyu inkişaf etmiş münasibətlərə Parisin saldığı kölgə və erməni faktoru barədə danışan politoloq Fransa əhalisinin əksəriyyətinin rəsmi Parisin siyasi gedişlərindən məmnun olmadığını bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Brun, biz tarix boyu Azərbaycan-Fransa münasibətlərinə nəzər saldıqda görürük ki, əvvəllər çox yaxşı münasibətlərimiz olub. Lakin hazırda vəziyyət tam dəyişib. Bir çox ölkə kimi Fransa da Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmir və ya qəbul etmək istəmir. Tarixi mənzərəyə baxdığımızda nə görürük?

- Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıq bütün sahələrdə inkişaf etmişdi. Buna təhsil, elmi təhsil, tədqiqat, mədəniyyət, arxeologiya, enerji, nəqliyyat, su, kənd təsərrüfatı, kosmos sənayesindən bir neçə misal çəkmək olar. Və bu sürpriz deyil. Bir çox faktorlar bu iki ölkəni bir araya gətirir. Artıq 12-ci əsrdə, maarifçilik dövrü filosoflarından beş əsr əvvəl azadlıq, bərabərlik, qardaşlıq anlayışlarını ilk dəfə Azərbaycan şairi-filosofu Nizami Gəncəvi açıqlayıb və bu ideyalar 18-ci əsrdə Fransanın şüarına çevrilib. 

1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk dünyəvi respublika idi. O, Fransadan 25 il əvvəl bölgədə qadınlara səsvermə hüququ verən ilk ölkə idi. Üstəlik, Bakının məşhur qadın heykəli öz seçim azadlığını tələb edən bütün dünya qadınları üçün istinad simvoludur. Bu, 2019-cu ildə Fransa Milli Assambleyanın təşkil etdiyi konfransda Azərbaycan qadınların emansipasiyası modeli kimi təqdim olundu. 

- Biz bilirik ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində Fransaya səfəri olmuşdu. Sonradan sözügedən səfərlər qarşılıqlı xarakter daşıdı. Bəs, bu gün nə dəyişib?

- Siyasi baxımdan Fransa ilə Azərbaycan uzun müddətdir ki, eyni mövqedə idilər. Fransa BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin lehinə səs verib və bu qətnamələrdə Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunsa da, Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanınıb. Prezident Jak Şirak 1997-ci il martın 27-də Parisdə qəbul etdiyi Heydər Əliyevlə Fransa-Azərbaycan dostluğunu qurmuşdu. Prezident Ollandın Azərbaycana iki, Prezident Sarkozinin isə bir dəfə rəsmi səfəri zamanı ikitərəfli diplomatik əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunmuşdu. 

Amma 44 günlük müharibədən sonra hər şey dəyişdi. Fransa hökuməti BMT-nin Azərbaycanın suverenliyi ilə bağlı qətnamələrində verdiyi öz sözünə xəyanət edərək, bilərəkdən erməni separatçılarının tərəfinə keçdi, halbuki Minsk qrupunun həmsədri kimi Parisin mövqeyi tam neytral olmalı idi.

- Fransa Emmanuel Makron hakimiyyətindən sonra Bakıya qarşı münasibətləri dəyişdi. Fransa Minsk qrupunun üzvü idi və müharibədən sonra açıq-aşkar Ermənistanı dəstəklədi. Hazırda Fransa ilə bağlı danışanda yalnız “niyə” sualını veririk...

- Bəli, Fransız siyasətçiləri və mətbuatı ölkənizə qarşı hər gün nifrət dolu yazılar yağdırır. Senatın yeni qəbul etdiyi qətnamədə təcavüzkarlar qurban kimi, ərazisinin bir hissəsi işğal edilən və dağıdılan Azərbaycan isə işğalçı kimi təqdim edilir. Prezident Emmanuel Makron isə “Fransa hər zaman Ermənistanın tərəfində olacaq” deyərək, bu ölkəyə silah çatdıracağını vəd edib. Doğrudan da, Fransa Avropanın da Azərbaycan əleyhinə mövqe tutması üçün bütün nüfuzundan istifadə edir.

Fransız mediası tərəfindən Qafqazda münaqişə geniş işıqlandırdı. Lakin onlar yalnız ermənilərə öz fikirlərini ifadə etməyə imkan verirlər. Heç vaxt azərbaycanlılar çəkilişlərə dəvət olunmayıb. Bu cümə axşamı həftəlik “Le Point” erməni təbliğatı ilə bağlı şablonları təkrarladı və hətta mənə hücum etdilər. Xüsusən də, “La Gazette du Caucasus”da Qafqaz münaqişəsi ilə bağlı erməni mövqeyini əks etdirməyən məqalələr dərc etməkdə ittiham olundum.

- Biz Fransadan danışanda hər zaman erməni lobbisi ifadəsini işlədirik. Bu gün erməni lobbisi Fransanın daxili və xarici siyasətini müəyyən edəcək qədər güclüdür və ya siyasi hakimiyyətdə olanlar ermənilərə satılıb?

- Bu, təbii ki, Fransadakı erməni lobbisinin gücü ilə izah edilə bilər. Diasporun üzvlərinin sayı 800 minə yaxındır. 1983-cü ildə Paris yaxınlığındakı Orli hava limanında baş verən partlayışdan sonra erməni icması “erməni soyqırımı”nın tanınmasını əsas məqsəd kimi qarşısına qoymuşdu. Qarabağ münaqişəsi isə onlara öz güclərini Azərbaycana qarşı birləşdirmək üçün yeni bəhanə verdi. 

Erməni icması demək olar ki, bütün mətbuat orqanlarının başında öz nümayəndələrini yerləşdirməyi bacarıb. Məsələn, “Le Point”in direktoru icma liderlərindən biri, ASALA terror təşkilatının keçmiş sözçüsü, Emmanuel Makrona yaxın olan Ara Toranyanın keçmiş həyat yoldaşı Valeri Toranyandır.

Bundan başqa, Fransanın üç əsas şəhərində: Paris, Lion və Marseldə qruplaşdırılmış ermənilər fransız siyasətçilərinin seçki qüvvəsini təmsil edirlər. Həmin siyasətçilər bu gün Ermənistanın baş nazirinin Azərbaycan Prezidenti ilə birbaşa danışıqlar apardığını görəndə bir qədər çaş-baş qalıblar. 

Azərbaycana qarşı siyasətin formalaşmasında digər bir səbəb isə Fransada islamofob siyasətin artmasıdır. Artıq 15 ildir dövlət başçıları öz seçicilərini artırmaq ümidi ilə ifrat sağçı partiyaların ksenofob və irqçi çıxışlarını qəbul ediblər. Nəticə Fransa müsəlman icmasına qarşı real müharibə oldu. 

Müsəlman fəallar təqib olunur, müsəlman məktəbləri bağlanır, adları ərəbcə olan gənclər iş tapmaqda getdikcə çətinləşir. Düşünürlər ki, müsəlmanlar Fransa kimliyini “təhdid” etdiyi kimi, “müsəlman” ölkələr də Fransanı “təhdid” edəcəklər. Azərbaycan həm dünyəvi, həm də multikultural, xristianların, yəhudilərin, müsəlmanların mükəmməl harmoniya içində yaşadığı bir ölkə olduğu üçün bütün bunlar sadəcə absurd tezislərdir.

- Sizin qeyd etdiyiniz kimi, Fransanın Azərbaycanla gərginləşən münasibətləri Parisin digər ölkələr qurulan münasibətlərində də özünü göstərir. Bəs fransızlar? Sadə əhali bugünkü siyasi rəhbərliklə eyni fikirdədirmi?

- Fransa höumətinin siyasəti ilə fransız xalqının mövqeyini qarışıq salmamalıyıq. Fransızlar getdikcə hökumətin siyasətinə narazılıqlarını bildirirlər. Üç il əvvəl baş verən “sarı jiletlilər”in aksiyaları, o cümlədən bu gün davam edən fermerlərin, müəllimlərin etirazları, eyni zamanda əhalinin seçkilərdə bitərəf qalan hissəsinin rekord hədd çatması bunun sübutudur. Biz Fransa hökumətinin ksenofob siyasəti ilə mübarizə apara bilərik.

- Cənab Brun, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

“Sevgi fəvvarəsi” pullu OLACAQ

“Sevgi fəvvarəsi” pullu OLACAQ

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Röya mənim balaca bacımdır"

"Röya mənim balaca bacımdır"

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

4 penalti dəf edən qapıçının qolu SINDI

4 penalti dəf edən qapıçının qolu SINDI

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

End of content

No more pages to load

RADİO