Avropanı bürüyən etirazların PƏRDƏARXASI – Köhnə qitəni NƏ GÖZLƏYİR?

Avropada aləm qarışıb. Belə ki, Fermerlərin üsyanı Avropanın iqtisadi həyatını yox, həm də siyasi həyatını iflic edib. Təsadüfi deyil ki, fevralın 1-də Belçika, Fransa, İtaliya və digər Avropa ölkələrindən olan minlərlə fermer Brüsseldə Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib. 

Aksiya iştirakçıları Aİ-nin Liderlər Sammitinin keçirildiyi binanı mühasirəyə alaraq, traktorları ilə nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. Fermerlərin qarşısını almaq üçün Belçika polisi parlament binasının yerləşdiyi ərazinin ictimaiyyətə açıq olan girişlərini tikanlı məftillərlə bağlayıb.

Avropada nə baş verir?

Avropa İttifaqı son aylarda fermer etirazları dalğası ilə əhatə olunub. Hökumətlərin qərarlarına qarşı üsyan edən fermerlər yolları bağlayır, nəqliyyat və müəssisələrin işini pozurlar. Etiraz dalğası ilkin olaraq Fransada başlasa da qısa zamanda bütün Avropa İttifaqını bürüdü. 

Hazırda Polşa, Slovakiya, Macarıstan və Rumıniyada etirazçılar Ukrayna ilə sərhədi bağlayıb, oradan yük axınının qarşısını alıblar. Alman kəndliləri traktorlarla şəhərlərə sürür. Ölkə boyu magistral yolları bağlanıb və “Volkswagen” zavodunda istehsal dayandırılıb. Litvalı nümayişçilər onlardan nümunə götürərək mindən çox traktor və peyin yüklənmiş maşınları Vilnüsün mərkəzinə gətiriblər.
Fransada vəziyyət daha gərgindir. Narazı fermerlər bir neçə binanı yandırdılar və Parisin tam mühasirəyə alındığını elan etdilər. Yanvarın 29-dan etibarən paytaxta yük maşınları buraxılmır. Finlandiyada qida sənayesi işçilərinin də iştirak edəcəyi tətil fevralın əvvəlində baş tutacaq. Etirazın bütün sahələri əhatə edəcəyi deyilir.

Maraqlıdır ki, etirazçıların tələbləri iqtisadi məzmun daşısa da, onların Avropa Parlamentinin qarşısına toplaşması hadisələrin fonunu həm də siyasiləşdirir. Nəzərə alaq ki, bütün bunlar Avropa Parlamentinə qarşıdan gələn seçkilər ərəfəsində baş verir.

Fermerlər nədən narazıdır?

Narazılıqlar ölkələr üzrə dəyişir. Məsələn, Ukrayna ilə qonşu ölkələrdə fermerlər ucuz Ukrayna məhsullarının tədarükündən narazıdırlar. Avropa İttifaqının Ukraynanın kənd təsərrüfatı istehsalçıları üçün gömrük rüsumlarını və kvotalarını ləğv etməsindən sonra yerli mallar bazardan sıxışdırılmağa başlandı. Nəticədə Avropalı fermerlər ciddi bazar problemi ilə üz-üzə qaldılar.

Qərbi Avropadakı fermerlərsə ilk növbədə dövlət subsidiyalarının azaldılmasına, yanacağın qiymətinin artmasına və yaşıl iqtisadiyyata keçidlə əlaqədar yeni tələblərə etiraz edirlər.
Bahalı əmək və baha torpaq hesabına Avropada yetişdirilən məhsulların dəyəri çox aşağıdır. Bu şəraitdə subsidiyalar olmadan keçinmək mümkün deyil. Üstəlik, Avropa Mərkəzi Bankının pul-kredit siyasəti fermerləri ciddi çətinliklərlə üz-üzə qoyub. Məsələn, sentyabr ayında Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 25 bənd artırıb. Bu, ardıcıl onuncu artım olub. Bu da əsasən yenidən maliyyələşdirmə əməliyyatları üzrə faizi rekorda - 4,5 faizə yüksəldib. 

Bu həftə isə tənzimləyici qurum hər üç məzənnəni eyni səviyyədə saxladı. Nəticədə büdcə ödəmələrini icra etməkdə fermerlərə problem yaradır. Vergi borcu artdıqca dövlətlərin borclanması artır. Fermerlərin küncə sıxışdırılması kənd təsərrüfatı istehsalının azalmasına səbəb olur. 

Doğrudur, bu Aİ iqtisadiyyatına elə güclü təsir etmir. Çünki kənd təsərrüfatı sənayeləşmiş ölkələrin ÜDM-nin təxminən 3 faizini təşkil edir. Amma etirazlar həm də siyasi nəticələr doğurur.

“Sağçı”lar əlavə güc alır

Artıq Avropanın sağçı siyasi qüvvələri etiraz gündəminə inteqrasiya etməyə çalışırlar. Belə ki, Fransanın ifrat sağçı Milli Mitinq partiyasının lideri Marin Le Pen ötən həftə Fransa hökumətini fermerlərin ən qatı düşməni adlandırıb. O, Parisin Avropa Parlamentinin biabırçı qərarlarını, azad ticarət sazişlərinə və ekoloqların tələblərinə dəstəyini tənqid edib.

Almaniya üçün alternativ Bundestaqın üzvü Eugen Şmidt daha əvvəl demişdi ki, alman fermerləri yanacaq qiymətlərinin baha olmasından əziyyət çəkirlər və subsidiyaların ləğvi “sənayeyə ölümcül zərbə” vuracaq:

"Federal hökumətin tədbirləri büdcə kəsiri ilə əsaslandırmaq cəhdləri absurddur. Berlin sənaye və kənd təsərrüfatına qənaət etmək istəyir. Eyni zamanda, yaşıl layihələr üçün kifayət qədər vəsait tapır və Ukraynadan kütləvi miqrasiyanı dəstəkləməyə davam edir".

Bütün bunlarsa onu göstərir ki, etirazların kütləvi miqyası iyunun əvvəlində keçiriləcək Avropa Parlamentinə seçkilərin nəticələrinə təsir edə bilər. Avropa Xarici Əlaqələr Şurasının analitik mərkəzi sağçıların bu seçkilərdə qələbəsini, Yaşıllar və mərkəz solçularınsa məğlubiyyətini proqnozlaşdırır.

Mərkəzin hesabatına görə, sağçılar ən azından 9 ölkədə - Avstriya, Belçika, Çexiya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Polşa və Slovakiyada keçiriləcək səsvermədə favorit olacaqlar. 

Digər 9 ölkədə - Bolqarıstan, Estoniya, Finlandiya, Almaniya, Latviya, Portuqaliya, Rumıniya, İspaniya və İsveç  onlar səsvermədə ikinci və ya üçüncü yerləri tuta bilirlər. Bununla da ilk dəfə Yaşıllar Avropa Parlamentində üstünlüyü əldən verə bilər. Və sağçıların populist koalisiyası yarana bilər. 

Yayda Avropanın siyasətində yeni dönəm başlaya bilər.

Avropalı ekspertlərin fikrincə, həqiqi parçalanmanın baş verməsi üçün hazırkı etiraz dalğası Fransa və ya Almaniyada kəskin daxili siyasi böhrana səbəb olub. Qərb ekspertlərinin ehtiyat etdiyi əsas məsələ Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə Rusiyaya rəğbət bəsləyən daha çox deputatın mandat almasıdır. Belə olsa “sağçılar” Ukraynaya dəstək məsələsində daha sərt mövqedə dayanacaqlar.
Beləcə, fermerlərin adi görünən etirazları yaxın bir neçə ayda Aİ-nin iqtisadi yox, həm də siyasi həyatını 180 dərəcə dəyişə bilər.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 həftədir davam edən savaşın NƏTİCƏLƏRİ – Rəqəmlərin DİLİ İLƏ...

5 həftədir davam edən savaşın NƏTİCƏLƏRİ – Rəqəmlərin DİLİ İLƏ...

"Səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam" - Novruz Məmmədov

"Səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam" - Novruz Məmmədov

Abdullayevin dövründə xərclənən pullar yoxlanılır?

Abdullayevin dövründə xərclənən pullar yoxlanılır?

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

AQTA-dan xəbərdarlıq: Qəbul etdiyiniz bu məhsullar risklidir!

AQTA-dan xəbərdarlıq: Qəbul etdiyiniz bu məhsullar risklidir!

Abbas Hüseynov “Qarabağ”dan GEDİR

Abbas Hüseynov “Qarabağ”dan GEDİR

Kürdəmirdə avtomobil mağazaya ÇIRPILDI - VİDEO

Kürdəmirdə avtomobil mağazaya ÇIRPILDI - VİDEO

Yağış yağacaq, güclü külək əsəcək – SABAHIN HAVASI

Yağış yağacaq, güclü külək əsəcək – SABAHIN HAVASI

Nuranə Babayeva: “Bütün kədərlə xatırlatdığımız günlər indi sevincli günlərlə əvəz olunur”

Nuranə Babayeva: “Bütün kədərlə xatırlatdığımız günlər indi sevincli günlərlə əvəz olunur”

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Limonlu su içənlərin nəzərinə

Limonlu su içənlərin nəzərinə

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin DİQQƏTİNƏ

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin DİQQƏTİNƏ

Nizami Kino Mərkəzinin divarındakı yazılarla bağlı cinayət işi açıldı

Nizami Kino Mərkəzinin divarındakı yazılarla bağlı cinayət işi açıldı

Evli qadınla tutulan deputat pəncərədən qaçıbmış... – TƏFƏRRÜAT

Evli qadınla tutulan deputat pəncərədən qaçıbmış... – TƏFƏRRÜAT

Rusiya PUA-sı Kiyevdə uşaq bağçasını hədəf aldı – ANBAAN VİDEO

Rusiya PUA-sı Kiyevdə uşaq bağçasını hədəf aldı – ANBAAN VİDEO

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir? – ÖZÜ DANIŞDI

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir? – ÖZÜ DANIŞDI

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Qurbanovun konfranslara qatılmamasına Rövşən Nəcəfdən REAKSİYA

Qurbanovun konfranslara qatılmamasına Rövşən Nəcəfdən REAKSİYA

Aynur Kərimova yeni vəzifəyə TƏYİN OLUNDU

Aynur Kərimova yeni vəzifəyə TƏYİN OLUNDU

Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

İsrail şəhərləri İranın raket hücumundan sonra – VİDEO

İsrail şəhərləri İranın raket hücumundan sonra – VİDEO

Cahangir Həsənzadə AFFA-dakı vəzifəsini tərk edir

Cahangir Həsənzadə AFFA-dakı vəzifəsini tərk edir

Litvanın Baş naziri Azərbaycana gələcək

Litvanın Baş naziri Azərbaycana gələcək

End of content

No more pages to load

RADİO