Bu şəxslərin əmək kitabçası LƏĞV OLUNACAQ – RƏSMİ AÇIQLAMA             

Sosial şəbəkələrdə bəzi hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri tərəfindən əmək kitabçasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilməkdədir.

Bir neçə gün əvvəl mətbuata açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bu sənədin ləğv olunmasının və əmək kitabçalarının dövriyyədən çıxarılmasının vaxtının çatdığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əmək kitabçası ləğv olunacaq: Yeni sistem işə düşdü - VİDEO


Fikrini də belə əsaslandırıb ki, indi bütün əsas təyinatlar – pensiya, müavinətlər və s. sığorta stajı ilə həyata keçirilir:

“Əmək kitabçaları bütün funksiyalarını itirib. Hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir. 2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitinə uyğun hesablanır. Ona görə də Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur”.

Doğrudan da əmək kitabçalarına ehtiyac qalmayıb?

Bizim.Media-nın suallarını cavablandıran Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev, əmək kitabçaları ilə bağlı bəzi mühüm məqamları diqqətə çatdırıb.

O, son illərdə “Rəqəmsal məşğulluq” şüarı ilə məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün bir sıra layihələr icra olunduğunu bildirib:

““Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçildi. Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini, eləcə də insan resursları ilə işin təşkilini təmin edir. Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. “Əmək və məşğulluq” altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir”. 

Müsahibimiz, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb:

“Bu proses ƏMAS üzərindən tədricən aparılacaq. İlk növbədə isə Əmək Məcəlləsində rəqəmsallaşma ilə bağlı qanunvericiliyə dəyişiklər edilməlidir. Mövzu ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Departament direktoru, ləğv olunma prosesinin vaxtını və qaydalarını da açıqlayıb:

“İlk mərhələ kimi, 2014-cü ilin iyunun 1-dən sonra sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiyməti 5 100 dolları ötdü - YENİ REKORD

Qızılın qiyməti 5 100 dolları ötdü - YENİ REKORD

Avtomobil 45 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 45 yaşlı kişini vuraraq öldürdü

Samuxda FACİƏ: 9 yaşlı uşaq dəm qazından VƏFAT ETDİ

Samuxda FACİƏ: 9 yaşlı uşaq dəm qazından VƏFAT ETDİ

İmam olmaq istəyənlər üçün müsahibə ELAN EDİLDİ

İmam olmaq istəyənlər üçün müsahibə ELAN EDİLDİ

Avro bahalaşdı, dollar isə... - YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, dollar isə... - YENİ MƏZƏNNƏ

Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya sənəd qəbulu başa çatır

Qəbələdə ağır qəza - 28 yaşlı sürücü həlak oldu

Qəbələdə ağır qəza - 28 yaşlı sürücü həlak oldu

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

Sükan arxasında yataraq qəza törətdi, qızı HƏLAK OLDU

Sükan arxasında yataraq qəza törətdi, qızı HƏLAK OLDU

Bu şəxslərə kommunal ödənişlərlə bağlı müavinət verilir – SİYAHI

Bu şəxslərə kommunal ödənişlərlə bağlı müavinət verilir – SİYAHI

Mitinqdə 70 nəfəri ildırım vurdu

Mitinqdə 70 nəfəri ildırım vurdu

Kiyevdə 800 min insan hələ də işıqsız qalıb

Kiyevdə 800 min insan hələ də işıqsız qalıb

Qaz limitinin azaldılması ilə bağlı təklif – VİDEO

Qaz limitinin azaldılması ilə bağlı təklif – VİDEO

“Onlara gün ərzində cəmi 20 dəqiqə icazə verilir”

“Onlara gün ərzində cəmi 20 dəqiqə icazə verilir”

"Martda ata olacaqdı, sevinə-sevinə işə gedirdi" - Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu – VİDEO

"Martda ata olacaqdı, sevinə-sevinə işə gedirdi" - Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu – VİDEO

“Lənətli” ev şok qiymətə satışa çıxarıldı: yeddi sahibinin faciəli aqibəti

“Lənətli” ev şok qiymətə satışa çıxarıldı: yeddi sahibinin faciəli aqibəti

Banklardan kredit götürənlərin NƏZƏRİNƏ – VİDEO

Banklardan kredit götürənlərin NƏZƏRİNƏ – VİDEO

Qızılın qiyməti 5000 dolları ötdü – YENİ REKORD

Qızılın qiyməti 5000 dolları ötdü – YENİ REKORD

Qara çayın zərərləri – İçməzdən öncə İKİ DƏFƏ DÜŞÜNÜN

Qara çayın zərərləri – İçməzdən öncə İKİ DƏFƏ DÜŞÜNÜN

Türkiyə Superliqası: "Fənərbağça" xal itirdi

Türkiyə Superliqası: "Fənərbağça" xal itirdi

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

"Yuventus" "Napoli"yə qalib gəldi

"Yuventus" "Napoli"yə qalib gəldi

End of content

No more pages to load

RADİO