Osloda yaşayan azərbaycanlılar parlament önündə aksiya keçiriblər

Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti-Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya  verilən məlumata görə, “CAN” Azərbaycan-Norveç təşkilatının  təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türk və Pakistan icmalarının nümayəndələri də iştirak edib.

Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının rəhbəri Şərvin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.

Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə  atəşə tutması, bu faktın “Amnesty İnternational”,  “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Daha sonra terror qurbanlarının xatirəsi yad edilib.

Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və  Azərbaycana dost münasibət  bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.

Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycan Dövlət  himinin səsləndirilməsi ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı AÇIQLANDI

Yalan danışmaq orucu pozur?

Yalan danışmaq orucu pozur?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Azərbaycanda istehlak bazarı ARTIB

Azərbaycanda istehlak bazarı ARTIB

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Amur vilayətində matəm elan edildi

Amur vilayətində matəm elan edildi

Səbaildə əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Səbaildə əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

“Kristal”dan RƏSMİ AÇIQLAMA

“Kristal”dan RƏSMİ AÇIQLAMA

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

Bakıda qardaşlar TUTULDU – FOTO

Bakıda qardaşlar TUTULDU – FOTO

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO