“Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.
Bizim.Media xəbər verir ki, bunu Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O bildirib ki, Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstək göstərir.
Pekarova ölkəmizin COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.
Bizim.Media