Səməd Seyidovdan ABŞ senatorunun qərəzli bəyanatına SƏRT REAKSİYA

ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatı dərin məyusluq hissi doğurur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: “B.Kardinin nəzərinə çatdırırıq ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvüdür. Azərbaycanın əksər beynəlxalq platformalarda uğurlu fəaliyyəti məhz beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinə əsaslanır. 
Ölkəmizin xüsusilə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində faktiki olaraq ölkələrin sayı və təsir imkanlarına görə BMT-dən sonra dünyanın ikinci ən böyük platformasının inkişafına verdiyi töhfələr Hərəkata üzv 120 ölkə tərəfindən hörmətlə qarşılanır.

Təsadüfi deyil ki, beynəlxalq dialoq və əməkdaşlığın daha da genişləndirilməsində oynadığı rola, beynəlxalq qaydalara və qarşılıqlı fəaliyyət normalarına hörmətlə yanaşmasına, öz prinsipial mövqeyinə görə ölkəmiz 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülmüşdür. 

Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ-ın özü də dəstəkləmişdir. Buna baxmayaraq, COP29 ərəfəsində senator B.Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır.

B.Kardinə tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. 

Sələfi senator R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiyməti 5 100 dolları ötdü - YENİ REKORD

Qızılın qiyməti 5 100 dolları ötdü - YENİ REKORD

Avtomobil 45 yaşlı kişini vuraraq öldürdü

Avtomobil 45 yaşlı kişini vuraraq öldürdü

Samuxda FACİƏ: 9 yaşlı uşaq dəm qazından VƏFAT ETDİ

Samuxda FACİƏ: 9 yaşlı uşaq dəm qazından VƏFAT ETDİ

İmam olmaq istəyənlər üçün müsahibə ELAN EDİLDİ

İmam olmaq istəyənlər üçün müsahibə ELAN EDİLDİ

Avro bahalaşdı, dollar isə... - YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, dollar isə... - YENİ MƏZƏNNƏ

Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya sənəd qəbulu başa çatır

Qəbələdə ağır qəza - 28 yaşlı sürücü həlak oldu

Qəbələdə ağır qəza - 28 yaşlı sürücü həlak oldu

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

Ərdoğan Səudiyyə Ərəbistanına gedir - Hərbi anlaşma imzalanacaq

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

Sükan arxasında yataraq qəza törətdi, qızı HƏLAK OLDU

Sükan arxasında yataraq qəza törətdi, qızı HƏLAK OLDU

Bu şəxslərə kommunal ödənişlərlə bağlı müavinət verilir – SİYAHI

Bu şəxslərə kommunal ödənişlərlə bağlı müavinət verilir – SİYAHI

Mitinqdə 70 nəfəri ildırım vurdu

Mitinqdə 70 nəfəri ildırım vurdu

Kiyevdə 800 min insan hələ də işıqsız qalıb

Kiyevdə 800 min insan hələ də işıqsız qalıb

Qaz limitinin azaldılması ilə bağlı təklif – VİDEO

Qaz limitinin azaldılması ilə bağlı təklif – VİDEO

“Onlara gün ərzində cəmi 20 dəqiqə icazə verilir”

“Onlara gün ərzində cəmi 20 dəqiqə icazə verilir”

"Martda ata olacaqdı, sevinə-sevinə işə gedirdi" - Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu – VİDEO

"Martda ata olacaqdı, sevinə-sevinə işə gedirdi" - Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu – VİDEO

“Lənətli” ev şok qiymətə satışa çıxarıldı: yeddi sahibinin faciəli aqibəti

“Lənətli” ev şok qiymətə satışa çıxarıldı: yeddi sahibinin faciəli aqibəti

Banklardan kredit götürənlərin NƏZƏRİNƏ – VİDEO

Banklardan kredit götürənlərin NƏZƏRİNƏ – VİDEO

Qızılın qiyməti 5000 dolları ötdü – YENİ REKORD

Qızılın qiyməti 5000 dolları ötdü – YENİ REKORD

Qara çayın zərərləri – İçməzdən öncə İKİ DƏFƏ DÜŞÜNÜN

Qara çayın zərərləri – İçməzdən öncə İKİ DƏFƏ DÜŞÜNÜN

Türkiyə Superliqası: "Fənərbağça" xal itirdi

Türkiyə Superliqası: "Fənərbağça" xal itirdi

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

Cənubi Koreyanın sabiq baş naziri Vyetnama səfəri zamanı öldü

"Yuventus" "Napoli"yə qalib gəldi

"Yuventus" "Napoli"yə qalib gəldi

End of content

No more pages to load

RADİO