İndi Ermənistanda vəziyyət 90-cı illərdə olduğundan qat-qat mürəkkəbdir.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu “Yerkrapa” terror təşkilatının sədri Sasun Mikaelyan deyib.
Onun sözlərinə görə, bu gün "Yerkrapa"nın üzvləri şərti Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca daim müdafiə xəttindədirlər:
“İndi ölkədə parçalanma var, xalq 4-5 yerə bölünüb, hamı bir-birini satqın hesab edir, belə bir şəraitdə sərhədi necə qoruya bilərik? Mən heç kimi qorxutmaq istəmirəm, amma indi taleyimiz tükdən asılıdır".
Mikaelyan vurğulayıb ki, sərhədi qorumaq üçün könüllülərin sayı artmalıdır:
"Peşəkar ordu yaratmaq üçün hakimiyyətə vaxt və imkan verməliyik”.
Bizim.Media