Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeeni qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün "X" hesabında məlumat verib.
"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam.
"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək", - deyə diplomat qeyd edib.

Bizim.Media