İlham Əliyev Hulusi Akarı qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını deyib.

Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirib.

Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulanıb.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını deyib, Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub, bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib.
Sonda Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

Fevralın 28-də öldürülmüşdü, bu gün vida mərasimi keçirilir... – VİDEO

Fevralın 28-də öldürülmüşdü, bu gün vida mərasimi keçirilir... – VİDEO

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR

Elektron siqaretlərə dair dövlət standartı LƏĞV EDİLDİ

Elektron siqaretlərə dair dövlət standartı LƏĞV EDİLDİ

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

“e-Sosial” mobil tətbiqi fəaliyyətini DAYANDIRACAQ – BU TARİXDƏN

“e-Sosial” mobil tətbiqi fəaliyyətini DAYANDIRACAQBU TARİXDƏN

Hacıbala Abutalıbov Qaxdan QOVULUB

Hacıbala Abutalıbov Qaxdan QOVULUB

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR

Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR

"Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb" – Nazir müavini

"Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb" – Nazir müavini

Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

“Peşə təhsilində oxuyanların üçündən ikisi bölgələrdəndir” – Kənan Kərimzadə

“Peşə təhsilində oxuyanların üçündən ikisi bölgələrdəndir” – Kənan Kərimzadə

Ukraynanın bir həftə ərzində itirdiyi hərbçilərin SAYI AÇIQLANDI

Ukraynanın bir həftə ərzində itirdiyi hərbçilərin SAYI AÇIQLANDI

End of content

No more pages to load

RADİO