Səudiyyə Ərəbistanı ilə ixrac sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkədə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, qida məhsullarının Səudiyyə Ərəbistanına ixracı, alternativ enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin Dövlət İnvestisiya Fondunun rəhbərinin müavini və Beynəlxalq İnvestisiyalar üzrə Baş İdarənin rəisi Turqi Al-Novaizer ilə görüş keçirilib.

Görüşdə Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində reallaşdırılan layihələr, SOCAR-ın və Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti, Azərbaycanın bir neçə ölkə ilə birgə yaratdığı investisiya fondları təcrübəsi və s. haqqında məlumat verilib. Ölkələrimizin müvafiq qurumları arasında səmərəli enerji tərəfdaşlığı qeyd edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya əməkdaşlığını, o cümlədən Dövlət İnvestisiya Fondu və onun törəmə şirkətləri tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər, bununla bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl-Dəxil ilə görüşdə Səudiyyə Ərəbistanında həyata keçirilən layihələrdə, o cümlədən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı imkanları qeyd olunub. Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının bu ölkədəki layihələrdə Azərbaycan şirkətlərinin iştirakına dəstəyi, eləcə də ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparıblar.
“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə ölkəmizlə dəniz suyunun duzsuzlaşdırılması, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, “yaşıl” hidrogen istehsalı kimi istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda şadlıq sarayında ÖLÜM

Bakıda şadlıq sarayında ÖLÜM

İbrahim Hüseynov həbs edildi – FOTO

İbrahim Hüseynov həbs edildi – FOTO

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr - SİYAHI

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr - SİYAHI

Premyer Liqada nadir təsadüf: “Qarabağ” 14 ildən sonra…

Premyer Liqada nadir təsadüf: “Qarabağ” 14 ildən sonra…

Elektron Təhlükəsizlik Xidməti “JSAC 2026” beynəlxalq tədbirində təmsil olunub – FOTO

Elektron Təhlükəsizlik Xidməti “JSAC 2026” beynəlxalq tədbirində təmsil olunub – FOTO

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı TUTULDU

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı TUTULDU

Rəqsanə ərinin ad gününü belə QEYD ETDİ: “Sığınacağımsan…” - VİDEO

Rəqsanə ərinin ad gününü belə QEYD ETDİ: “Sığınacağımsan…” - VİDEO

“Sabah” bu futbolçuya görə 100 min manat ÖDƏDİ

“Sabah” bu futbolçuya görə 100 min manat ÖDƏDİ

ABŞ-da qar fırtınası: 1 milyon insan işıqsız qaldı

ABŞ-da qar fırtınası: 1 milyon insan işıqsız qaldı

Saat 11:00-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 11:00-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Ukrayna kəşfiyyatı: Maaşları verməyə belə pulları yoxdur!

Ukrayna kəşfiyyatı: Maaşları verməyə belə pulları yoxdur!

İsrailin xarici işlər naziri İlham Əliyevin QƏBULUNDA - FOTO

İsrailin xarici işlər naziri İlham Əliyevin QƏBULUNDA - FOTO

Nazirlikdən partlayış səsləri ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Nazirlikdən partlayış səsləri ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Sahibə Qafarova Bəhreyn Kralı ilə görüşdü - FOTO

Sahibə Qafarova Bəhreyn Kralı ilə görüşdü - FOTO

“Bu sənəd toplumda rezonans doğurmalıdır…” – Vasif Qurbanzadə ilə müsahibə

“Bu sənəd toplumda rezonans doğurmalıdır…” – Vasif Qurbanzadə ilə müsahibə

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi – DƏHŞƏTLİ DETALLAR - FOTO

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi – DƏHŞƏTLİ DETALLAR - FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – FOTO

Enerji bazarında MÜƏMMA – Davosdan verilən mesajlar qiymətləri necə dəyişdi?

Enerji bazarında MÜƏMMA – Davosdan verilən mesajlar qiymətləri necə dəyişdi?

Bakıda qadını bıçaqla öldürən şəxs TUTULDU

Bakıda qadını bıçaqla öldürən şəxs TUTULDU

Buzovnada işıq olmayacaq

Buzovnada işıq olmayacaq

Cəlil Əhmədov vəzifəsindən azad edildi

Cəlil Əhmədov vəzifəsindən azad edildi

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

Ötən həftə yanğında 7 nəfər həyatını itirib

Ötən həftə yanğında 7 nəfər həyatını itirib

Qızılın qiyməti 5 100 dolları ötdü - YENİ REKORD

Qızılın qiyməti 5 100 dolları ötdü - YENİ REKORD

End of content

No more pages to load

RADİO