AŞPA-nın gerçək SİMASI – “Demokratiya” pərdəsi altında gizlədilən LGBT və erməni SEVDASI...

İstənilən problemi öyrənmək üçün nəticəyə yox, səbəblərə baxmaq lazımdır. Bu mənada Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı atdığı son addımın səbəblərinə baxsaq, daha doğru olardı.

44 gündə dəyişən reallıqlar

Yada salaq ki, 44 günlük müharibə və onun nəticələrində Qərbin heç bir rolu olmadı. Bu isə Qərbin siyasi maraqlarına qətiyyən uyğun deyildi. Ona görə də Qərb birmənalı şəkildə 10 noyabr Bəyanatını qəbul etmədi. Uzun müddət 26 sentyabr 2020-ci ildəki status-kvonun bərpa olunmasına çalışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın ölkəmizə qarşı qərəzinin PƏRDƏARXASI - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA


Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərini plana daxil etmək və 44 günlük müharibənin nəticələrini dəyişdirmək üçün davamlı təşəbbüslər və təzyiqlər oldu. 

Lakin Azərbaycanın qətiyyəti və prinsipiallığı Qərbin arzusunu ürəyində qoydu. Lakin Qərb məğlubiyyəti ilə barışmaq istəmədi və yeni metodlardan istifadə etməyə başladı. 

Qərbin istəyi Ermənistanın maraqları ilə üst-üstə düşürdü. 

Ona görə də Qərb Ermənistanın təşəbbüslərinə daha çox dəstək verməyə çalışdı. Nəticədə, sülh sazişinin imzalanması ən azı 3 il təxirə salındı. Bundan başqa ermənilərin təxribatçı çıxışlarına böyük ölçüdə dəstək verildi. Məsələn, 2022-ci ilin 12 dekabrında Xankəndi-Şuşa avtomobil yolunda keçirilən ekoaksiyaya Qərb müxtəlif adlar verdi, ləkələr atdı.

Guya ki, bu dinc ekoaksiya yox, humanitar dəhlizin bağlanmasına yönəlik bir addımdır. Bu azmış kimi aksiya iştirakçılarının Xankəndidəki qurumlarla ünsiyyətinə yol verilmədi. Əvəzində feyk videoroliklər hazırlanıb dünyaya yayıldı ki, guya, Xankəndidəki marketlərin piştaxtaları boşdur, ermənilər acından ölür və s. 

Hətta Fransa bir ara Xankəndinə “humanitar karvan” göndərmək eşqinə də düşdü. Amma Azərbaycan sərhədçilərinin “yük”ün çatdırılması üçün təklif etdiyi marşrutla razılaşmayan fransızlar bir müddət sonra evlərinə qayıtdı. Daha sonra isə bəlli oldu ki, “humanitar karvan”dakı TIR-ların içi boş imiş. 

Və yalan vədlər başladı…

Fransanın bu təxribatı da boşa çıxandan sonra Qarabağdakı ermənilərə çağırış etdilər ki, təcili evlərini tərk eləsinlər və Ermənistana dönsünlər. Bununla da həm Fransanın, həm də Qərbin əlinə “güclü əsas” verilsin ki, guya Azərbaycan Qarabağdakı erməniləri “incidir”, “deport etdirir” və hətta “öldürür”. 

Nəticədə ermənilərin çoxu Fransa, Almaniya və ABŞ-ın yalançı vədinə inanıb Qarabağı tərk etdi. Baxmayaraq ki, Azərbaycan ermənilərə reinteqrasiya üçün unikal imkanlar yaratdı. Amma xarici havadarların və yerli revanşistlərin təzyiqi ilə ermənilər reinteqrasiyadan boyun qaçırdı.

Bundan sonra Qərbin siyasi institutları Azərbaycana qarşı qara PR-a başladılar. Bu çirkin kampaniya da ənənəvi olaraq insan haqlarına bağlanıldı. Guya ermənilər Qarabağdan silah gücünə qovulublar. 

Bunu dəqiqləşdirmək üçün Qərb Azərbaycana xüsusi missiya göndərməyə çalışdı. Əslində bu missiya müvəqqəti monitorinq üçün yox, birdəfəlik qalmaq üçün Qarabağa göndərilirdi. Lakin Azərbaycanın qətiyyəti bu dəfə də Qərbin planlarını pozdu. 

Amma ABŞ, Fransa və Almaniya başda olmaqla Qərbdəki maraqlı qüvvələr Azərbaycana qarşı yeni təzyiq metodu seçdilər. Qərb Azərbaycanı birbaşa Avropada hədəf almaq istədi. Təbii ki, bu məsələdə önə düşən Fransa oldu. Fransa Senatı növbəti dəfə Azərbaycanla bağlı qətnamə qəbul etdi. Daha sonra isə bu məsələni AŞPA-nın plenar iclasına daşıdılar. 

Nəticədə adını çəkdiyimiz ölkələrin birbaşa təzyiqi ilə AŞPA Azərbaycanla bağlı bədnam qərarı verdi.

AŞPA-nın çıxardığı qərarın arxasında subyektiv maraqlar dayanır.

AŞPA-nın müşahidəçiləri fevralın 7-də keçiriləcək Prezident seçkilərinə dəvət almadı. Bu da AŞPA-dakı “ortada yeyib, qıraqda gəzən” deputatların “xətrinə dəydi”. 

Məhz AŞPA-nın müşahidəçi missiyasının faydasız və səmərəsiz olduğunu görüb Azərbaycan quruma təklif göndərmədi. Üstəlik, seçkiləri izləyən institut olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərə müşahidəçi kimi dəvət olunub. AŞPA qeyri-obyektiv və qərəzli təşkilat olduğu üçün seçkilərə dəvət olunmadı. 

Azərbaycanın qərarı isə AŞPA üçün tərs sillə oldu. 

Çünki AŞPA-nın “çörəyi” məhz seçkilərdən çıxır. Nəinki Avropada, hətta dünyanın istənilən yerində keçirilən seçkilərə AŞPA-nın deputatları qaça-qaça getməyə çalışırlar. Di gəl ki, Azərbaycan AŞPA-ya dəvət göndərməməklə bu ənəni pozdu və yeni bir reallıq ortaya qoydu. Seçkilərin nəticəsini AŞPA-dan qabaq Azərbaycan xalqı tanımalıdır. Beynəlxalq institutların rəyi isə sadəcə təfərrüatdır. 

Bax, AŞPA rəhbərliyini və onun arxasında dayanan ABŞ, Almaniya və Fransanı da hövsələdən çıxaran odur ki, Azərbaycan yeni president yaratdı. Yəni seçkiyə xalq gedirsə, onun nəticələrini də xalq tanımalıdır. Digər institutların bu məsələdə fikri vacib deyil. 

Təbii ki, Azərbaycanın yeni təklifi qlobal güclərin tərksilah olunması deməkdir. Çünki Qərb bütün dövlətlərə məhz “demokratik seçki” adıyla təzyiq edir. Əgər bu təzyiq metodu Azərbaycan və digər dövlətlər tərəfindən bir kənara atılırsa, onda Qərbin ixtiyari dövlətə istədiyi cür təzyiq və təsir etmək imkanları minimuma enir. Ona görə də Qərb Azərbaycana qarşı həm qəzəbli, həm də qərəzlidir.

Məhz AŞPA-nın bu qərəzdən qaynaqlanan iddiaları da olduqca məntiqsiz və gərəksizdir. Məsələn AŞPA Azərbaycana irad tutur ki, bəzi öhdəliklər yerinə yetirilməyib. 

Bəs, Azərbaycanın “yerinə yetirmədiyi öhdəliklər” hansıdır?

Nə qədər acı və gülməli olsa da bu “öhdəlik” ilk növbədə “LGBT hüquqlarının qorunmaması”dır. AŞPA deyir ki, Azərbaycanın orta məktəblərində LGBT mövzusunu tədris edilməlidir. Axı, niyə?

Axı, hər bir xalqın öz dəyərləri, qəbul etmədiyi hallar var. Bu mənada AŞPA-nı LGBT-lərlə bağlı tələbi Azərbaycan cəmiyyəti tərəfindən  hec cür qəbul oluna bilməz. 

Bunun hətta inzibati yolu da yoxdur. Təsadüfi deyil ki, məhz buna görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Bir Konvensiyaya qoşulmayan ölkədən həmin Konvensiyanın şərtlərinə əməl etməsini necə tələb etmək olar?!

Bax, AŞPA-nın və onun arxasında dayananların əsl siması budur. Yəni, AŞPA üçün Azərbaycann nə qədər demokratik və azad olması maraqlı deyil. Maraqlı olan odur ki, Azərbaycan müstəqil siyasət yürütməsin. Onlar AŞPA-da öz qərarlarını da bu məntiqə uyğun olaraq verirlər.
Necə ki, yanvarın 24-də biz bunu açıq şəkildə gördük…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

End of content

No more pages to load

RADİO