Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək - SƏRƏNCAM 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. 
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.

Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırıb. 

Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad ediblər. 

Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycanda keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub. 

Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır. 

Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

End of content

No more pages to load

RADİO