Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) dəvəti ilə prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası ölkəyə gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edəcək.
Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bizim.Media