Məhəmməd Haif Əl-Muteyri: “Küveyt həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib”

Yanvarın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr komitəsindən Bizim.Media-ya bildiriblər ki, komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın və Küveytin həm ikitərəfli, həm də çoxtərəfli formatda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağını deyən S.Fətəliyeva ötən illər ərzində siyasi, iqtisadi, mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından danışıb.
O, qonaqlara Azərbaycanın öz ərazilərini işğaldan azad və suverenliyini tam bərpa etməsi, həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri, Ermənistanla sülh danışıqları prosesi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın səyləri, həyata keçirilən yaşıl enerji layihələri haqqında məlumat verib, İslam həmrəyliyinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Məhəmməd Haif Əl-Muteyri ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluqla danışıb. Qonaq Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdıraraq, Küveytin həmişə ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.

Qonaq Küveytlə Azərbaycanın oxşar cəhətləri, ölkələrimizi və xalqlarımızı birləşdirən ümumi dəyərlər, investisiyaların təşviqi, parlamentlər arasında, həmçinin digər sahələrdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycanın xarici siyasət strategiyası, ölkəmizin dünya enerji tarixindəki yeri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu və digər məsələlər barədə məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kirayə qaldığı evdə yanaraq VƏFAT ETDİ

Kirayə qaldığı evdə yanaraq VƏFAT ETDİ

Avropaya raket hücumu XƏBƏRDARLIĞI – Köhnə qitənin təhlükəsizliyi bu ölkədən ASILIDIR...

Avropaya raket hücumu XƏBƏRDARLIĞI – Köhnə qitənin təhlükəsizliyi bu ölkədən ASILIDIR...

Generalın qardaşı FHN-dəki vəzifəsindən azad olundu

Generalın qardaşı FHN-dəki vəzifəsindən azad olundu

Xocalının Badara və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ

Xocalının Badara və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ

Dərədən meyiti tapıldı

Dərədən meyiti tapıldı

7 küçədə su və kanalizasiya xətlərinin yeri dəyişdirildi – Üzərində evlər tikilibmiş - FOTO/VİDEO

7 küçədə su və kanalizasiya xətlərinin yeri dəyişdirildi – Üzərində evlər tikilibmiş - FOTO/VİDEO

Dörd aydır dənizdə itkin düşən Turaldan hələ də xəbər yoxdur... - FOTO

Dörd aydır dənizdə itkin düşən Turaldan hələ də xəbər yoxdur... - FOTO

“Milan səfərdə heç-heçə etdi – VİDEO

“Milan səfərdə heç-heçə etdi – VİDEO

Ramin Bayramlı sədr SEÇİLDİ

Ramin Bayramlı sədr SEÇİLDİ

Azərbaycandan Britaniyaya balıq məhsulları ixrac ediləcək?

Azərbaycandan Britaniyaya balıq məhsulları ixrac ediləcək?

Azərbaycan və İsrail XİN başçıları arasında görüş KEÇİRİLİR

Azərbaycan və İsrail XİN başçıları arasında görüş KEÇİRİLİR

Musa Musayev əsəbiləşib efiri TƏRK ETDİ: “Mənə düşmən kəsiliblər!” - VİDEO

Musa Musayev əsəbiləşib efiri TƏRK ETDİ: “Mənə düşmən kəsiliblər!” - VİDEO

Xaricdən avtomobil gətirmək istəyənlərin DİQQƏTİNƏ – Rekord ARTIM

Xaricdən avtomobil gətirmək istəyənlərin DİQQƏTİNƏ – Rekord ARTIM

Avropa İttifaqından QALMAQAL - Kaya Kallas Ursula fon der Lyayeni “diktator” adlandırdı

Avropa İttifaqından QALMAQAL - Kaya Kallas Ursula fon der Lyayeni “diktator” adlandırdı

Venesuelada daha 104 siyasi məhbus azadlığa buraxıldı - VİDEO

Venesuelada daha 104 siyasi məhbus azadlığa buraxıldı - VİDEO

Prezidentdən Avstraliyanın General-Qubernatoruna MƏKTUB

Prezidentdən Avstraliyanın General-Qubernatoruna MƏKTUB

İki rusiyalı qız ABŞ-da hərbi bazanı “McDonald’s”la səhv saldı – FOTO

İki rusiyalı qız ABŞ-da hərbi bazanı “McDonald’s”la səhv saldı – FOTO

Piyadaya yol verməyən sürücü saxlanıldı – VİDEO

Piyadaya yol verməyən sürücü saxlanıldı – VİDEO

Tehranda ABŞ-ı birbaşa hədələyən nəhəng reklam lövhəsi quraşdırıldı

Tehranda ABŞ-ı birbaşa hədələyən nəhəng reklam lövhəsi quraşdırıldı

İranlı ilə əlbir olan Gəncə sakini belə tutuldu – ANBAAN VİDEO

İranlı ilə əlbir olan Gəncə sakini belə tutuldu – ANBAAN VİDEO

Ağcabədidə bir yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Ağcabədidə bir yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Serxio Ramos “Sevilya” klubunun sahibi OLACAQ?

Serxio Ramos “Sevilya” klubunun sahibi OLACAQ?

İsrailli nazir: “İlham Əliyev Azərbaycanı mühüm nailiyyətlərə doğru aparır” – FOTO

İsrailli nazir: “İlham Əliyev Azərbaycanı mühüm nailiyyətlərə doğru aparır” – FOTO

Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərinin şərəfinə heykəl ucaldıldı – FOTO

Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərinin şərəfinə heykəl ucaldıldı – FOTO

End of content

No more pages to load

RADİO