AŞPA-nın uğursuz qisas PLANI – Azərbaycanın müstəqil siyasəti Qərbi niyə NARAHAT EDİR?

Qərb ölkəmizə qarşı ənənəvi ritorikasına davam edir. Bu dəfə təhdid Avropa Şurası Parlament Assambleyasından gəldi. 

Belə ki, son günlər AŞPA-da Azərbaycanın səsini dondurmaq təşəbbüsləri meydana çıxıb.

AŞPA köhnə metodlarına qayıdır…

AŞPA-da hansısa ölkənin səsvermə hüququnun dondurulması yeni bir hal deyil. Zaman-zaman bu metoddan üzv ölkələrə qarşı istifadə edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı deputatlar AŞPA-nın qış sessiyasında iştirak EDƏCƏKLƏR 


Sonuncu dəfə Rusiyanın səsvermə hüququ dondurulub. 2 ilə yaxındır ki, rusların qurumdakı səsvermə hüququnun “donu açılmır”. Amma bu rusları zərrə qədər narahat etmir. Çünki AŞPA məşvərətçi bir qurumdur. Ona görə də bu qurumun qəbul etdiyi hər hansı bir qərarın heç bir təsir imkanı yoxdur. Bu bir növ ictimai tənbeh növüdür. 

Bununla belə AŞPA öz imkanlarından istifadə edib bəzi dövlətləri “cəzalandırmaq” istəyir. Xatırladaq ki, 15 il əvvəl bu tip hücumlar Türkiyəyə qarşı olmuşdu. Bu o zaman idi ki, Türkiyə müstəqil xarici siyasət kursunu genişləndirməyə başlamışdı.

Ona görə də Qərb Türkiyəni cəzalandırmaq, onun qarşısını almaq istədi. Bu siyasi kampaniyaya AŞPA da qoşuldu. Qurumdan Türkiyəyə qarşı çox sərt çıxışlar oldu.

Gah dedilər ki, türklər erməniləri və yunanları qırıb, indi də Avropanın digər xalqlarını qətliam etmək istəyir. Gah dedilər ki, Rəcəb Tayyib Ərdoğan sultan olmaq, Osmanlı İmperiyasını bərpa etmək və Qərbi Avropaya hərbi yürüşlər etməyi planlaşdırır. Gah da bildirdilər ki, Türkiyə İslam dünyasını birləşdirmək, vahid İslam dövlət yaratmaq istəyir.

Bir sözlə avropalı siyasilər Türkiyənin önünü kəsmək üçün ən iyrənc təkliflər və çıxışlar edirdilər. Amma bütün cəhdlər nəticəsiz qaldı və Türkiyə Beynəlxalq oyunçuya çevrildi. Bu gün Qərb Türkiyə qarşısında tez-tez aciz duruma düşür. Təkcə İsveçin NATO-ya üzvlüyə qəbul məsələsini xatırlamaq kifayətdir. 

Azərbaycan güclənir, AŞPA isə…

Azərbaycan son 3 ildə beynəlxalq oyunçuya çevrilmək istiqamətində çox ciddi addımlar atır. Ən əsası Azərbaycanın atdığı bütün addımlar müstəqil və sərbəstdir. Bu da Qərbi çox narahat edir. Qərbi narahat edən ən böyük məsələ isə ondan ibarətdir ki, Azərbaycan Qərbin qapısını döymür, Qərbin qarşısında boyun büküb “bizi də NATO-ya və yaxud, Avropa İttifaqına qəbul edin” demir. 

Əksinə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi çox böyük işlər görür, yeni çağırışlar edir. Azərbaycanın çağırışları isə Qərbin planlarını pozur. Çünki NATO və Aİ üzvlüyü vədi ilə Qərb bir çox ölkələri özünün siyasi alətinə çevirib. Azərbaycan isə Qərbin aləti olmağı qəbul etmir və bunu da açıq şəkilə ifadə edir.

Təbii ki, Azərbaycanın bu cür siyasəti Qərbin narahatlığına səbəb olur. Ona görə də Qərb bütün imkanlardan istifadə edərək Azərbaycanı həm beynəlxalq oyunçu olmaq istəyindən yayındırmaq, həm də ölkəmizi “üzüyola” dövlətlər sırasına daxil etmək istəyir. 

AŞPA-nın son təşəbbüsünün də arxasında bu məkrli plan dayanır. 

Yəni AŞPA-nın addımlarının insan hüquqları  və demokratik prinsiplərlə heç bir əlaqəsi yoxdur. Təkrar edirik ki, AŞPA-nın təşəbbüsləri öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş və müstəqil siyasət yürüdən Azərbaycana qarşı bir qisas cəhdidir. 

Azərbaycan üçün AŞPA-da səsin dondurulması hansı fəsadlar yarada bilər?

Qətiyyətlə və əminliklə deyə bilərik ki, belə bir qərar verilsə, bu Azərbaycan üçün hər hansı bir iqtisadi və siyasi təhlükə yaratmır. Əvvəla ona görə ki, AŞPA-nın qəbul etdiyi hansısa qərarın işlək icra mexanizmi yoxdur. Tutaq ki, Azərbaycanın səsvermə hüququ donduruldu. Axı, AŞPA-da Azərbaycanın milli və dövlət maraqlarına cavab verəcək hansı məsələ müzakirə edilir ki, ölkəmiz də bu müzakirələrdən kənarda qalacaq?!

Nəzərə alaq ki, Azərbaycan 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasının tamhüquqlu üzvü oldu. Bu o zaman idi ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan AŞPA-ya üzv olmaqla Ermənistana siyasi təzyiq üçün bir platforma qazanmaq istəyirdi. 

Amma sonradan bəlli oldu ki, AŞPA-nın hansısa münaqişənin həllində imkanları sıfıra bərabərdir. Halbuki, özünə hörmət edən heç bir qurum iki üzvü arasında hansısa münaqişənin olmasına göz yummalı deyil. 

Təsadüfi deyil ki, ötən illərdə AŞPA Ermənistanın təcavüzünü pisləyən hansısa bir qətnamə qəbul etmədi. Ən yaxşı halda qurum tərəfləri danışıqlar masasına dəvət etdi. Vəssəlam. 

Yəni 20 ilə yaxın müddətdə AŞPA öz üzvünün heç bir hüququnu müdafiə etmədi. Daha doğrusu edə bilmədi. Çünki AŞPA-nın hansısa problemin həllinə nail olacaq bir qurum deyil. 

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edib. Ona görə də ölkəmizin və xalqımızın AŞPA-dan hansısa gözləntisi yoxdur. Amma AŞPA-nın Azərbaycanla bağlı absurd xəyalları var. Bu da Azərbaycanın müstəqil siyasətdən əl çəkməsidir. AŞPA-nın bu arzusu isə heç bir halda reallaşmayacaq.
Çünki Azərbaycan regional gücdən beynəlxalq oyunçuya çevrilmək istiqamətində fəaliyyətini daha da gücləndirib. Bu məqsədə çatmaq yolunda Azərbaycanı AŞPA  kimi qurumların heç bir təşəbbüsü dayandıra bilməz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

End of content

No more pages to load

RADİO