Yanvarın 19-da Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsinin sürətini bu ölkənin xarici işlər naziri Luminitsa Odobeskuya təqdim edib.
Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin əhəmiyyəti qeyd olunub, o cümlədən yüksəksəviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub.
İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media