Tehrana TƏRS SİLLƏ – Pakistan İranı necə PEŞMAN ETDİ?

Xəbər verdiyimiz kimi, İran və Pakistan arasında gərginlik son günlərdə pik həddə çatıb. Vəziyyətin bu qədər kəskinləşməsinə səbəb isə heç şübhəsiz İranın davranışları olub. Belə ki, molla rejimi heç bir xəbərdarlıq etmədən Pakistan ərazisinə zərbələr endirərək, iki azyaşlının ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub.

Tehran hakimiyyəti atdığı addımın rəzilliyi bəs etmirmiş kimi, buna “terrorla mübarizə” bəhanəsini də uydurmağı unutmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İki İslam respublikası ÜZ-ÜZƏ – İran-Pakistan gərginliyinin PƏRDƏARXASI 


İran nə istəyir?

Yaxın Şərqdə terrorun ən böyük dəstəkçisi olan İranın "terrorla mübarizə" nağıllarını bir kənara qoysaq, ümumilikdə, son dövrlərdə molla rejiminin regionda gərginliyi artırmağa yönələn hərəkətləri daha da artıb. Belə ki, molla rejimi İraqdan tutmuş, Yəmənə qədər bir sıra ölkələrdə müharibələri alovlandırmaqla məşğuldur. Doğrudur, İran daim közü maşa ilə tutmağa çalışıb.

Buna görə də öz proksi qüvvələrini düşmənlərinin üstünə salmaqla nəticə qazanmaq taktikası ilə hərəkət edib. 

Bu təcrübəyə Yəməndə husilər, Livanda Hizbullah, Qəzzada isə HƏMAS nümunəsində rast gəlmişik. İran adı çəkilən terror təşkilatlarının daim arxasında dayanıb, onları bəsləmək, silahlandırmaqla məşğul olub. 

Lakin son dövrlərdə İran artıq açıq şəkildə də hərbi gedişlər etməyə start verib. Belə ki, ötən həftə İran ABŞ-ın Ərbildəki konsulluğuna zərbə endirdi. Üstəlik, molla rejimi Talibana qarşı da bəzi addımlar atıb. 

Hücumlar cavabsız qalanda...

Maraqlıdır ki, İran ABŞ konsulluğuna zərbə endirsə də, amerikalılar nədənsə mollaların qarşısında səssiz qaldı. Görünür, Tehran hakimiyyəti məhz bundan güc alaraq icazəsiz Pakistan ərazisinə müdaxilə etmək cəsarəti tapıb. Lakin bu dəfə İran sərt qayaya rast gəlib. Çünki rəsmi İslamabad Ağ Evdəkilər kimi dünyanın o başında oturub, Yaxın Şərqi qan gölünə çevirmək niyyəti ilə hərəkət etmir. 

Nəticədə Pakistan Tehran hakimiyyətinin layiqli cavabını verdi və İran ərazisindəki terrorçulara zərbə endirdi. Üstəlik, Pakistan ordusunu İranla sərhəddə yüksək hazırlıq vəziyyətinə gətirdi. Görünən qədərilə, qəti cavabdan qorxuya düşən mollalar hələlik gözləmə mövqeyinə keçiblər. Yəni, faktiki olaraq, geri addım atıblar.

İranın başqa yolu da yoxdur

Çünki Pakistan İranla müqayisəyəgəlməz dərəcədə böyük gücə malikdir. Orduların qlobal reytinqində Pakistan 9-cu, İran isə 14-cü pillədə qərarlaşıb. Aktiv personalın və hərbi texnikaların sayı nisbətində də Pakistan İranı üstələyir. 

Bundan əlavə, uzun illərdir sanksiyalara məruz qalan İranın arsenalında olan texnikaların əksəriyyəti köhnəlib və yalnız daxili imkanlar hesabına güclə ayaqda qalmağı bacarırlar. Əvəzində Pakistan ordusunu modernləşdirmək istiqamətində ilbəil mühüm addımlar atır.

Ən əsası isə Pakistan nüvə dövlətidir. Ona görə də, hər hansı bir ölkənin, ələxsus da nüvə silahı olmayan İranın cəsarət edib Pakistana qarşı açıq müharibəyə girişməsi ağılsızlıq və mollaların sonu olar.  

Yaddan çıxarmayaq ki...

Belə bir deyim var, ən pis sülh belə müharibədən yaxşıdır. Çünki müharibə insan ölümləri, ağrı-acını da bərabərində gətirir. Amma İran kimi ölkələr müharibə ilə yaşayır, xaosla bəslənib, ayaqda qalmağa çalışırlar. Molla rejimi hər zaman qonşu ölkələrdə münaqişələri alovlandırmaqla məşğul olub. 

Tehranın Cənubi Qafqaz siyasətində də bu tendensiya daim müşahidə olunub. İran 30 ildən artıq müddət ərzində torpaqları işğal olunan, “din qardaşı” adlandırdığı Azərbaycanın deyil, Ermənistanın yanında dayanıb. Tehran ermənilərə hər cür maddi-mənəvi dəstəyi göstərib, Qarabağın “boz zona”ya, narkotrafik mərkəzinə çevrilməsi üçün əlindən gələni edib. 

Ermənilərə verdikləri dəstək yetmirmiş kimi, İran ölkəmizə qarşı açıq terror hücumu da həyata keçirərək, səfirliyimizə hücum təşkil edib. Yəqin ki, artıq heç kim ötən il Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının arxasında İran hakimiyyətinin dayandığına şübhə etmir. Çünki hücumdan bir ilə yaxın müddət keçməsinə baxmayaraq terrorçu və onun arxasında dayanan şəxslər hələ də cəzalarını almayıblar.

Pakistan isə daim haqlının yanında olub.

Xalqımızın son illərdə qazandığı bütün zəfərlər zamanı Pakistan bayrağı Bakı küçələrində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı dalğalanıb. Azərbaycan xalqının Pakistana qarşı bu hörməti isə təbii ki, əbəs yerə deyil. Çünki rəsmi İslamabad hər zaman Azərbaycanın yanında olub, torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı müstəqil dövlət olaraq tanımaqdan belə imtina edib. 
Göründüyü kimi, bu gün İran və Pakistan arasında şərlə xeyirin, haqlı ilə haqsızın mübarizəsi gedir. Tarixi təcrübə isə onu göstərir ki, ədalət gec-tez qalib gələcək. Yəni, bu günə qədər özbaşınalıqları ilə Yaxın Şərqi qan gölünə çevirən İranın cavabı Pakistan tərəfindən layiqincə veriləcək...

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” – FOTOLAR

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” – FOTOLAR

Qərb kinosunun “Xaç atası” – Aktyorun meyiti niyə yandırıldı?

Qərb kinosunun “Xaç atası” – Aktyorun meyiti niyə yandırıldı?

Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur

Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Tramp Vensi “Çar” təyin etdi

Tramp Vensi “Çar” təyin etdi

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO