Türkiyədə Azərbaycanın Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə təlimlər keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.
“Həyatda qalma” və “Qaçıb xilas olma” kursları çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin hazırlığı davam edir. Təlim şərçivəsində “Fövqəladə Paraşüt Təməl Kursu”, “Uçuşda sağ qalma kursu” və “Döyüşdə sağ qalma və qaçıb xilas olma” kursları keçirilir”, - deyə məlumatda qeyd edilib.




Bizim.Media