Azərbaycan və Slovakiya arasında hərbi sahədə müzakirələr aparılıb - FOTO/VİDEO

Yanvarın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə slovakiyalı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Azərbaycanla Slovakiya arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar azərbaycanlı həmkarını təbrik edib.

Regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Sonda Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
 












Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat etdi – FOTO

“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat etdi – FOTO

"Lombard Xəyal" girov qızılları necə yox edib? – DETALLAR

"Lombard Xəyal" girov qızılları necə yox edib? – DETALLAR

Nə sirkə, nə də soda: Krant və tualetlərdəki ərpi birdəfəlik təmizləyən üsul

Nə sirkə, nə də soda: Krant və tualetlərdəki ərpi birdəfəlik təmizləyən üsul

Polşa klubu millimizin üzvünə VAXT VERDİ

Polşa klubu millimizin üzvünə VAXT VERDİ

Yəhudilər Azərbaycanda həmişə sülh şəraitində yaşayıblar - Nazir

Yəhudilər Azərbaycanda həmişə sülh şəraitində yaşayıblar - Nazir

Xamenei bunkerdən bunkerə köçür - Ali liderin gizləndiyi yer İFŞA OLDU

Xamenei bunkerdən bunkerə köçür - Ali liderin gizləndiyi yer İFŞA OLDU

Qızıla yatırım etmək istəyənlərin NƏZƏRİNƏ – DİQQƏTLƏ OXUYUN

Qızıla yatırım etmək istəyənlərin NƏZƏRİNƏ – DİQQƏTLƏ OXUYUN

Rəqsanə yenidən həbs ediləcək? — Səidə Bəkirqızı məhkəməyə verir

Rəqsanə yenidən həbs ediləcək? — Səidə Bəkirqızı məhkəməyə verir

İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb

İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb

Məşhur məhəllə tarixə qovuşur - VİDEO

Məşhur məhəllə tarixə qovuşur - VİDEO

DİQQƏT! Bu ərazilərdə su kəsiləcək

DİQQƏT! Bu ərazilərdə su kəsiləcək

Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? – ARAŞDIRMA

Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? – ARAŞDIRMA

Bakıda məşhur restoranın sahibi saxlanıldı – VİDEO

Bakıda məşhur restoranın sahibi saxlanıldı – VİDEO

Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Paşinyanın musiqi qrupu yanvarın 30-da KONSERT VERƏCƏK - VİDEO

Paşinyanın musiqi qrupu yanvarın 30-da KONSERT VERƏCƏK - VİDEO

ABŞ-da şəxsi təyyarə qəzaya uğradı – 8 nəfərin taleyi bilinmir

ABŞ-da şəxsi təyyarə qəzaya uğradı – 8 nəfərin taleyi bilinmir

Dünya Bankı ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır – FOTO

Dünya Bankı ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır – FOTO

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Azərbaycanda muzey sahəsində yenilikçi layihə - bp və tərəfdaşlarının dəstəyi ilə - FOTOLAR

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Zərifə Əliyevanın İrpendəki abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib – FOTO/VİDEO

Zərifə Əliyevanın İrpendəki abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib – FOTO/VİDEO

Yeni “Yığ, apar!” lotereyası artıq satışda

Yeni “Yığ, apar!” lotereyası artıq satışda

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Kirayə qaldığı evdə yanaraq VƏFAT ETDİ

Kirayə qaldığı evdə yanaraq VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO