Prezident seçkisində namizədlərin hansı hüquqları var?

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində prezidentliyə namizədliyi qeydə alınmış yeddi nəfər iştirak edəcək. Hər bir namizədə qanunvericiliklə əhatə olunan bütün hüquq və imtiyazlar tanınır.

Bizim.Media Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Prezident seçkisində namizədliyi qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılan media subyektləri aşağıdakılardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- “Bakinskiy raboçi” qəzeti.

Secki-2024.az saytı xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınmış şəxslərə tanınan hüquqlar təkcə ödənişsiz təşviqatla məhdudlaşmır. Bu məsələlər Seçki Məcəlləsində yer alır.

Məsələn, məcəllənin 184-cü maddəsi prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi hallarını da əhatə edir.

Həmin maddənin 1-ci bəndində göstərilir ki, prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

Eyni maddənin 2-ci bəndində qeyd olunur ki, ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri MSK tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir.
Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş üçün nəzərdə tutulan xərclər ödənilir.

Seçki Məcəlləsinin 185-ci maddəsində isə prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi məsələləri yer alıb. Belə ki, qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi MSK-nın müəyyən etdiyi qaydada təmin edilir.

Qeydə alınmış prezidentliyə namizəd bu məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Məcəllənin 186-cı maddəsinə əsasən, prezidentliyə namizədin 50-yə qədər vəkili ola bilər.

Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır. Digər hüquq prezidentliyə namizədlərin seçki fondları ilə əlaqədardır.

Seçki Məcəlləsinin 191-ci maddəsinə görə, prezidentliyə namizədin seçki fondunun yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- Prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

- Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

Prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı da açıqlanıb. Siyahı MSK saytında yerləşdirilib. Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

Pensiyalar yenə artacaq?

Pensiyalar yenə artacaq?

İran artıq qələbəsini elan edə bilər

İran artıq qələbəsini elan edə bilər

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

"Qızım mənə "ana" demir"

"Qızım mənə "ana" demir"

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

End of content

No more pages to load

RADİO