Ravvin Şmuel Simantov: “Azərbaycanda bütün dinlərə sərbəst etiqad etmək üçün hər bir şərait yaradılıb”

“Azərbaycanda bütün dinlərə sərbəst etiqad etmək üçün hər bir şərait yaradılıb”. 

Bizim.Media xəbər verir ki, bunu “trend”ə Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ Dövlət katibi Antoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə əlaqədar olaraq, “xüsusi müşahidə siyahısı”na daxil edilməsi barədə bəyanatını şərh edərkən deyib. 

“Mən Bakıda doğulmuşam. İki il əvvəl Azərbaycandakı fəaliyyətim başa çatıb və hazırda İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda, Bakıdakı Gürcüstan yəhudilərinin sinaqoqunda ravvin və 46 nömrəli məktəbin yəhudi bölməsində direktor kimi fəaliyyət göstərmişəm.
Mən dindar insanam və Azərbaycanda bu sahədə heç vaxt problemlə üzləşməmişəm. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə iudaizmə deyil, bütün dinlərə etiqad azadlığı üçün hər bir şərait yaradılıb. Biz daim Azərbaycanda bütün dini bayramlarımızı heç bir maneə olmadan, tam şəkildə qeyd edir, küçələrdə əllərimizdə Tövratla sərbəst gəzirdik”, - deyə ravvin qeyd edib. 

O, Azərbaycanda hər il sinaqoq, kilsə və məscid üçün vəsaitin ayrıldığını vurğulayıb. 

“Oğuzda iki, Qubada beş, Bakıda isə üç sinaqoq fəaliyyət göstərir. Onların hamısına vəsait ayrılır. Bundan əlavə, dövlət tərəfindən onların təhlükəsizliyi təmin olunur”, - deyə ravvin əlavə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

End of content

No more pages to load

RADİO