"Bəzi Avropa ölkələri Cənubi Qafqazda sülh prosesinə mənfi təsir edir" - Elçin Əmirbəyov

Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa yalnız bundan faydalanacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

O, vurğulayıb ki, Avropa ölkələri buna ciddi kömək edə bilməsələr, Azərbaycan onların, ən azı, buna mane olmayacağını gözləyir.

E.Əmirbəyovun sözlərinə görə, Avropa İttifaqı vahid struktur deyil, ayrı-ayrı Aİ ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir:

“Mən Aİ ölkələrinə müraciət etmək istərdim ki, onlar Azərbaycanın sülh prosesini tez bir zamanda başa çatdırmaq və Ermənistanla sülh sazişi imzalamaq istəyini dəstəkləsinlər. Bu, bizə düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqaza hər üç ölkənin mehriban qonşu olacağı zaman tədricən normal həyata başlamağa imkan verəcəkdir. Bu perspektivə xələl gətirə biləcək hər hansı addım və bəyanatlardan çəkinməyi xahiş edirəm. Təəssüf ki, Avropa İttifaqı hələ tam vahid struktur deyil və biz ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə olunması prosesinə necə mənfi təsir etdiyini görürük”.

Onun sözlərinə görə, Avropa İttifaqı xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, xüsusən də Cənubi Qafqazda yeni müharibə perspektivi olmasın.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

End of content

No more pages to load

RADİO