Azərbaycan Respublikasının Ukraynaya göndərdiyi humanitar yardımın məbləği açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında məlumat verilib.
Məlumata görə, ümumilikdə, Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.
Bizim.Media