XİN başçısı: “ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub”

“ABŞ ilə ölkəmiz arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub. İndiki mərhələdə “gərgin” sözünün əvəzinə daha yumşaq terminologiyadan istifadə edə bilərik. Bəli, oktyabr ayında bu, gərgin kimi ifadə oluna bilərdi. Amma gərginliyin yaranmasının səbəbi göz qabağındadır, bunun da təşəbbüskarı Azərbaycan olmayıb, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra olub. Orada Azərbaycana qarşı qərəzli ifadələr istifadə edilib. Azərbaycan tərəfi tamamilə adekvat olaraq məsələni cavablandırıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Biz bundan sonra bir sıra müsbət inkişafın şahidi olduq. Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə telefon danışığı, Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub”, - deyə nazir qeyd edib.

Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov bildirib:

“Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Münasibətlərin inkişafında maraqlıyıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

End of content

No more pages to load

RADİO