İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi Qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.

O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq.

Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək.

Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.

S.Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib. O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib.

Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.

S.Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının davam etdiyini, bu il artıq 710 mənzil və fərdi evin verildiyini, ilin sonunadək bu rəqəmin 1500-ə çatacağını deyib. Bildirib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, cari il üçün nəzərdə tutulmuş bütün sosial proqramların, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramlarının uğurla başa çatdırılması, elektronlaşdırma proqramının davam etdirilməsi, ilin sonunadək yeni e-xidmətlərin işə salınması, yeni reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalan danışmaq orucu pozur?

Yalan danışmaq orucu pozur?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Milyonlarla il əvvəl Antarktida altında görünməz qüvvə Yer iqlimini necə dəyişib?

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

UEFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Rusiyadan Ermənistana gözlənilməz TƏHDİD – Nə baş verir?

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

ADY-dən kitabsevər sərnişinlərə ŞAD XƏBƏR! - FOTO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Millimizin üzvü oynadı, komandası qələbə qazandı – VİDEO

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Bakıda 29 yaşlı oğlan HOTELDƏ dünyasını dəyişdi

Azərbaycanda istehlak bazarı ARTIB

Azərbaycanda istehlak bazarı ARTIB

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Amur vilayətində matəm elan edildi

Amur vilayətində matəm elan edildi

Səbaildə əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Səbaildə əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

“Kristal”dan RƏSMİ AÇIQLAMA

“Kristal”dan RƏSMİ AÇIQLAMA

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

Bakıda qardaşlar TUTULDU – FOTO

Bakıda qardaşlar TUTULDU – FOTO

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Anomal istilər həşəratları vaxtından əvvəl “oyandırdı” – Çəyirtkələrin qarşısı alınmasa, nə baş verə bilər?

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Bu qurumların nəqliyyat vasitələri hərraca ÇIXARILIR

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

“Karvan-Yevlax” “Araz Naxçıvan”a qarşı

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

Əjdər Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ – DOSYE

End of content

No more pages to load

RADİO