Makronun FİASKOSU – Azərbaycan Fransanın Cənubi Qafqaz planlarını İFLASA UĞRATDI

Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bundan əlavə, Fransanın ölkəmizdəki səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın iki diplomatı Azərbaycanda “persona-non-grata” ELAN EDİLDİ 


Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Bununla da bir müddət əvvəl Qərb mətbuatında yayılan xəbərlər öz təsdiqini tapıb.

Xatırladaq ki, həmin məlumatda bildirilmişdi ki, Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin agentura şəbəkəsinin aşkarlanması həmin mərkəzləri yenidən aktivləşdirib. 

Fransa casus şəbəkəsi ilə bağlı xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Yayılan xəbərlərdə Fransa Prezidenti Emmanuel Makronun ölkəsinin Müdafiə Nazirliyinin (DGSE) Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Bernard Emyeri vəzifəsindən azad etdiyi bildirilib. Hələ 2023-cü ilin avqustunda E.Makron xarici kəşfiyyatın rəhbərinə qarşı narazılığını ifadə etmişdi. Buna səbəb B.Emyerin fəaliyyətinin Parisin Afrika və Şərqi Avropadakı mövqelərinə zərbə vurması olub. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən Nikolya Lerner Fransa Baş Qərargahının rəhbəri təyin edilib.

Bu Fransanın ölkəmizə qarşı ilk təxribatı deyil...

Məlum olduğu kimi, Fransa hər zaman ermənipərəst mövqedən çıxış etməsi ilə tanınıb. Rəsmi Paris Qarabağ məsələsində həmişə ölkəmizə qarşı dayanıb, suveren ərazilərimizdə separatizmi alovlandırmağa çalışıb. Fransa dəfələrlə beynəlxalq arenalarda Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə, sanksiyaların tətbiq olunmasına çalışıb.

Digər tərəfdən, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris, onun anti-Azərbaycan dairələri buna qarşı çıxıb, müvafiq müraciətlə çıxış ediblər. 

Yelisey sarayının anti-Azərbaycan mövqeyinin, hətta Azərbaycanda casus şəbəkəsi yaratmağa qədər getməsinin arxasında rəsmi Bakının tutduğu mövqe, Fransanın kolonial siyasətinə qarşı çıxması, bununla bağlı beynəlxalq tədbirlər keçirməsi dayanır.

Fransa təxribatlardan niyə əl çəkmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Fransa özünü böyük ölkə hesab etdiyi üçün təxribatlardan əl çəkmir:

“Onlar özlərinin Cənubi Qafqaz maraqlarının olduğunu deyirlər. Fransa istəyir ki, regional proseslərdə iştirak etsin. Ancaq onların davranışları qorxulu deyil. İki fransalı diplomatın “persona-non-grata” elan olunması məsələsinə gəlincə, yəqin ki, bizim əlimizdə onların düzgün fəaliyyət aparmadıqları, kəşfiyyatla məşğul olduqları ilə bağlı material var”.

Ümumilikdə isə, Fransa casus şəbəkəsinin ifşası, fransız diplomatların “persona-non-grata” elan olunması kimi tədbirlər Makroun Cənubi Qafqaz siyasətinin uğursuzluğa düçar olduğunun göstəricisidir. Görünən isə odur ki, Paris öz təxribatlarından yenə də əl çəkməyəcək. Lakin nə fayda. Çünki Azərbaycanın maraqlarını nəzərə almadan Cənubi Qafqazda gedən proseslərdə rol almaq heç bir halda mümkün deyil.  

Surxay Atakişiyev, Bizim.Media   


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gideon Saar Milli Məclisdə - FOTO

Gideon Saar Milli Məclisdə - FOTO

“Anasını işdən gətirib hadisəni törədib” - VİDEO

“Anasını işdən gətirib hadisəni törədib” - VİDEO

Rusiya bu şəxslərə vətəndaşlıq və yaşayış icazəsi VERMƏYƏCƏK

Rusiya bu şəxslərə vətəndaşlıq və yaşayış icazəsi VERMƏYƏCƏK

Sənədsiz evlərlə bağlı AÇIQLAMA

Sənədsiz evlərlə bağlı AÇIQLAMA

Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU

Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

İl boyu uğur qazanacaq BÜRCLƏR - Karyera yüksəlişi, pul, sevgi

İl boyu uğur qazanacaq BÜRCLƏR - Karyera yüksəlişi, pul, sevgi

Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

Sabiq futbolçu Çempionşip klubunu almağa HAZIRLAŞIR

Sabiq futbolçu Çempionşip klubunu almağa HAZIRLAŞIR

SOCAR-ın yeni törəmə şirkəti YARADILIB

SOCAR-ın yeni törəmə şirkəti YARADILIB

Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO/VİDEO

Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO/VİDEO

GƏNCLİK İKSİRİ: Bu giləmeyvə hüceyrələrin qocalmasını ləngidir

GƏNCLİK İKSİRİ: Bu giləmeyvə hüceyrələrin qocalmasını ləngidir

Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi - Qurumlar hərəkətə keçdi

Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi - Qurumlar hərəkətə keçdi

Yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

Yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

İngiltərə klubunun üzvü ölkəsinə QAYIDIR

İngiltərə klubunun üzvü ölkəsinə QAYIDIR

BƏƏ hava məkanını İran əleyhinə zərbələr üçün BAĞLADI

BƏƏ hava məkanını İran əleyhinə zərbələr üçün BAĞLADI

"Ölkədə nə qədər ailəsi dağılan qadın var"

"Ölkədə nə qədər ailəsi dağılan qadın var"

İtaliyalı nazir müavinindən Zelenskiyə: “Dostum, müharibəni uduzursan, ləyaqəti itirirsən”

İtaliyalı nazir müavinindən Zelenskiyə: “Dostum, müharibəni uduzursan, ləyaqəti itirirsən”

“Liverpul”dan “Qarabağ”a hörmətsizlik – FOTO

“Liverpul”dan “Qarabağ”a hörmətsizlik – FOTO

ABŞ və Ermənistan nümayəndə heyətləri TRIPP layihəsini müzakirə etdilər

ABŞ və Ermənistan nümayəndə heyətləri TRIPP layihəsini müzakirə etdilər

Millimizin üzvü “Səbail”ə KEÇDİ

Millimizin üzvü “Səbail”ə KEÇDİ

Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

Kəmalə Ağazadənin SON VƏZİYYƏTİ açıqlandı

Kəmalə Ağazadənin SON VƏZİYYƏTİ açıqlandı

End of content

No more pages to load

RADİO