Ağdam şəhərində 5-ci yaşayış kompleksinin təməli qoyuldu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq.

Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxıblar.

Qeyd edilib ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.
Dövlətimizin başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

End of content

No more pages to load

RADİO