"Əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin, bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".
Bizim.Media-nın məlumatına görə, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bugünkü brifinqdə səsləndirib.
A.Eyvazov bildirib ki, düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.
"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Ermənistan ərazisində heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk".
Bizim.Media