Yenə yalan və təhdidlər... – İran ölkəmizə qarşı köhnə adətinə GERİ QAYIDIR?

Münasibətləri normallaşdırmaq istədiyini bəyan edən İran yenidən Azərbaycanı təhdid və ittiham edən məqalələrə yer ayırır. Belə ki, bu ölkənin XİN-in saytında Azərbaycan əleyhinə yönəlik məqalə dərc olunub. 

Təhdid və yalanlar davam edir...

Azərbaycana qarşı mövqeyi ilə seçilən iranlı politoloq Ehsan Mövəhhedian Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı “fikirlərini” qələmə alıb və onun  bu “təhlil”i İran Xarici İşlər Nazirliyinin “Diplomasi İrani” analitik portalında dərc edilib. 

Məqalə müəllifinin iddiasına görə, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları elə bir vəziyyətə gəlib ki, Azərbaycan Ermənistandan İrəvanın gələcəkdə Bakıdan qisas almayacağına dair təminat axtarır:

“Azərbaycan hökumətinin məqsədi, ilk növbədə, təminat əldə etməkdir ki, erməni tərəfi Ermənistan Respublikasının itirilmiş dövlət və hərbi komponentlərini operativ şəkildə bərpa etmək ambisiyasına malik olmasın. Bu narahatlığı aradan qaldırmaq üçün Bakı, görünür, Ermənistanın “qisas alması”nın qarşısını almaq üçün təminat məqsədilə mümkün sülh sənədinə müəyyən bəndləri daxil etmək niyyətindədir”.

Təxribatçı məqalədə sabiq qondarma rejimin adı “Artsax”, Azərbaycan “Bakı hökuməti” kimi təqdim olunub. Bundan əlavə, absurd şəkildə Azərbaycanın Ermənistan torpaqlarını “işğal etdiyi” iddiası məqalədə yer alıb. 

Qeyd edək ki, son dövrlərdə Azərbaycan-İran münasibətlərində normallaşma hiss olunurdu. Lakin belə bir məqalənin İran XİN-in mətbuat orqanında dərc olunması heç də birmənalı qarşılana bilməz.

Görəsən, İran yenidən Azərbaycanla münasibətləri pozmaq istəyir?

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Azərbaycana qarşı fəaliyyət göstərmək İranın institutlaşmış siyasətidir: 

“Tehran Azərbaycanın mövcudluğunda maraqlı deyil. Maksimum məqsədi Azərbaycanı yer üzündən silmək, minimum məqsədi isə ölkəmizi zəif salmaqdır. Ona görə də Tehran mütəmadi olaraq Azərbaycanın düşmənləri ilə dostluq edir. Ermənistan məhz Azərbaycanın düşməni olduğundan, ona hər cür dəstəyi verir. 

İran kimi ölkədə özbaşına belə fikirlər səslənə bilməz. Bir müddət əvvəl Azərbaycan Prezidentilə İran Prezidentinin görüşü zamanı bu ölkənin İrəvandakı səfiri də buna oxşar ifadələrlə çıxış etmişdi.
Onlar ilk imkandaca Azərbaycana bütün pislikləri etməyə hazırdırlar. Erməninin özündən daha çox ermənipərəstlik edirlər. İran heç zaman ölkəmizə qarşı normal münasibət sərgiləməyəcək. Başa düşməliyik ki, İran mövcud olduqca Azərbaycana qarşı düşmən mövqedən çıxış edəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO