“Türkiyə ilə Azərbaycan münasibətlərini daha da irəli daşımaq üçün var gücümüzlə çalışırıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin ticarət naziri Ömer Bolat jurnalistlərə açıqlamasında qeyd edib. Nazir Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyində Azərbaycanda səfərdə olmaqdan qürur duyduqlarını vurğulayıb.
Xatırladaq ki, Ö.Bolat Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək üçün ölkəmizə gəlib.
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media