Prezident Roma Papasına məktub ünvanlayıb

Prezident İlham Əliyev Roma Papası Fransiskə Milad bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Zati-müqəddəsləri, 

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. 

Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək qəlbləri parlaq ümidlərlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çoxəsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur. 

Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. 

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dinlərarası harmoniyanın, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir.

Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətənləri olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir. 

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur. Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm. 

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir. 
Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO