Ağ Evin QARANLIQ TARİXİ – ABŞ soyqırımlar hesabına supergücə NECƏ ÇEVRİLDİ?

İndi dünyanın fövqəldövləti hesab edilən ABŞ əslində yerli xalqların kütləvi məhv edilməsi hesabına yaranan bir dövlətdir. Tarixi boyu ABŞ dəfələrlə soyqırımı siyasətinə imza atıb.

Bizim.Media ABŞ-ın soyqırımı, qətliamlarla dolu qaranlıq tarixini araşdırıb.

Hər şey avropalılar Amerikaya ayaq basdıqdan sonra başladı...

Avropalılar Amerika qitəsinə ayaq basan ilk dövrlərdən yerli xalqlara qarşı soyqırımına start verirlər. Tarixçilərin məlumatına görə, Kolumb Amerikaya qədəm qoyanda orada 75 milyon hindu yaşayıb-35 milyonu Şimali, 40 milyonu isə Cənubi Amerikada. Təkcə indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayıb. 

Lakin 1620-ci ildən 1900-cu ilə qədər yerli xalqlara qarşı törədilən soyqırımlar nəticəsində aborigenlərin sayı 237 min nəfərə düşür. Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi yoluxucu xəstəlikləri göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların məhz 40-45 faizi yolxucu xəstəliklər nəticəsində ölür. 
1633-cü ildə indiki ABŞ-ın şimal-şərqində yerləşən Plimautda su çiçəyi yoluxması başlamış və hinduların böyük hissəsi məhv olur. 1634-cü ildə mohavklara çatan su çiçəyi xəstəliyi 1936-cı ildə Ontario gölü və 1679-cu ildə irokezlərin torpaqlarına çatır. Nəticədə 1770-ci ilə qədər ABŞ-ın qərb sahillərində yaşayan hindilərin 30 faizi su çiçəyi yoluxmasının qurbanı olur. 1780-1782-ci illərdə su çiçəyi ovalıq hindilərini də tutmuşdu. Bu soyqırım nəticəsində yerli  hinduların sayı kəskin azalır. ABŞ-ın şimal torpaqlarında yaşayan anişinabelərin üçdə biri, bataqlıq krilərin 75 faizi, də su çiçəyinin təsirindən qırılır. 

1721-ci ildə Bostonda ən ağır yoluxma hadisəsi baş verir. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi On üç koloniyanın yoluxulmamış hissələrinə yayılır. 1770-ci illərin sonuna doğru su çiçəyi yoluxması yenidən başlayır və 125000 yerli sakini məhv edir. 
ABŞ uzun müddət Afrika mənşəli insanlara da qul münasibəti sərgiləyib. Xüsusən də ölkənin cənub ştatlarında 1863-cü ilə qədər qul ticarəti mövcud olub. Bunun da nəticəsində milyonlarla afrika mənşəli insanlar soyqırıma, amansız vəhşiliklərə məruz qalıblar. Kölə ticarəti 100 milyon afrikalının ölümünə səbəb olur. 

Dövr keçsə də, xislət dəyişmir...

Hər nə qədər insan hüquqları məsələsi ön plana keçsə də, ABŞ 1973-cü il fevralın 27-də yerli hindu xalqı Cənubi Dakota ştatında bir qəsəbəni ələ keçirib “müstəqil dövlət” qurur. Hindular pozulan hüquqlarına bu yolla etiraz edirlər. Hakimiyyət bunu cavabsız qoymayaraq onlara qarşı zorakı addımlara yol verir. 

Hərəkatın ardıcılları qorxudulur, döyülür, həbs edilir. Buna cavab olaraq da hindular güc yoluna əl atmaq qərarına gəlirlər. Onlar 80 günə yaxın kiçik Vunded-Ni qəsəbəsini ələ keçirib, hakimiyyətə qarşı çıxırlar. Bu, ABŞ tarixinə “qırmızıdərililər” adı ilə düşüb. Sözügedən hadisə Amerika qitəsinin yerli xalqları ilə müstəmləkəçilər arasında 300 ildən çox davam edən qanlı müharibələrin sonuncu epizodu idi.

Avropalılar ümumilikdə son 300 ildə 100 milyondan çox Amerika yerlisini öldürərək, dünyada bənzəri olmayan soyqırımı törətdib.

Bitməyən müharibələr 

1945-ci ilin avqustun 6- və avqustun 9-da ABŞ-ın Xirosima və Naqasakiyə atdıqları atom bombası nəticəsində 350 min insan həlak olur. 

ABŞ-ın 1950-ci ildə Qvetamalanı işğal etməklə 200 min mülki vətəndaşın ölümünə bais olur. 1960-cı ildə ABŞ-ın Konqoda başlatığı müharibə 3 milyon insanın ölümü ilə nəticələnir. ABŞ-ın 1965-66-cı illərdə İndoneziyada keçirdiyi əməliyyat 500 mindən çox insanın ölümünə səbəb olur. 

Bu ölkənin keçən əsrin 60-70-ci illərində Vyetnamda apardığı müharibə 3 milyon, Kamboca və Laosdakı vəhşilikləri isə 1 milyon insanın həyatına son qoyur.

ABŞ-ın 1983-cü ildə Qrenadanı işğalı 300 min, 1989-cu ildə Panamanı işğalı 3 min, 1991-ci il İraqı işğalı 113 min, 2001-ci il Əfqanıstana müdaxiləsi isə 150 min mülki insanın ölümünə səbəb olur. 
Qeyd edək ki, İkinci Dünya Müharibəsinin bitməsindən 2001-ci ilə qədər olan müddət ərzində dünya üzrə baş verən 248 silahlı münaqişədən 201-ində ABŞ bu və ya digər şəkildə iştirakçı olub. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

End of content

No more pages to load

RADİO