“Vaşinqton Bakı-İrəvan münasibətlərinin normallaşmasında Ankaranın rolunu alqışlayır”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinqdə danışıb.
“Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan bütün müzakirələrin bir hissəsidir. Bu, müntəzəm olaraq müzakirə etdikləri məsələdir. Biz Türkiyənin bu məsələdəki məhsuldar rolunu alqışlayırıq.
Türkiyə xarici işlər nazirinin sülhün mümkün olması ilə bağlı sözləri ilə razıyıq. Birləşmiş Ştatlar buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir”, - deyə Miller qeyd edib.
Bizim.Media