"Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlamışdıq. Bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırmışıq".
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır: "Bu günədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub".
Məhərrəm Əliyev, Bizim.Media