“Azərbaycanla Ermənistan arasında bundan sonra daimi sülh bərqərar olacaq. Çünki uzunmüddətli sülh üçün “fürsət qapısı” açılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
“Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək", - deyə nazir qeyd edib.
Bizim.Media