“Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçiriləcək. İclasda Prezidentliyə namizəd irəli sürüləcək”.
Bizim.Media xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında deyib.
T.Budaqovun sözlərinə görə, YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Bizim.Media