İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - FOTO/VİDEO

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. 

Bizim.Media xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dahi rəhbər Heydər Əliyevin ANIM GÜNÜDÜR


Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. 

Azərbaycanın dövlət himni səsləndirilib. 

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub. 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. 

 XXX

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir.

Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaradıb, iqtisadiyyatı dirçəldib, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atıb. 

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir.

Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. 

Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrilib. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir.

Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. 

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”. 

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirib, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başlayıb. 

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlət başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşadıb. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olunub. 

Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır.

Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. 
Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək. 
 































Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Azərbaycan XİN Seneqalı təbrik etdi

Azərbaycan XİN Seneqalı təbrik etdi

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: 10 nəfərə yaxın şəxs...

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: 10 nəfərə yaxın şəxs...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar

Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar

Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz

Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz

30,3 milyon dollara ehtiyac var - ÜST

30,3 milyon dollara ehtiyac var - ÜST

8-ci seriyanın istehsalı dayandırılır

8-ci seriyanın istehsalı dayandırılır

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

İlham Əliyev: “Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək” - FOTO

İlham Əliyev: “Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək” - FOTO

“Koroğlu"dakı köhnəlmiş marşrut lövhələri niyə YENİLƏNMİR? – Rəsmi AÇIQLAMA

“Koroğlu"dakı köhnəlmiş marşrut lövhələri niyə YENİLƏNMİR? – Rəsmi AÇIQLAMA

GÜNÜN HAVASI: 19 dərəcə isti, qar...

GÜNÜN HAVASI: 19 dərəcə isti, qar...

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verib

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verib

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

End of content

No more pages to load

RADİO