Serbiya mətbuatı Azərbaycan Prezidentinin səfərinə geniş yer ayırdı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri və Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirakı bu ölkənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bizim.Media  xəbər verir ki, “Tanjug”, “RTV”, “Novosti”, “Politika”, “Pravda”, “b92”, “NSPM”, “Vesti”, “PRVA” kimi informasiya agentlikləri və xəbər portallarında dərc edilən yazılarda Prezident İlham Əliyevin açılış mərasimdəki çıxışından sitatlara yer verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü olub - FOTO


Azərbaycan Prezidentinin interkonnektorun istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına, o cümlədən təkcə Serbiyanın deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini vurğuladığı qeyd olunur.

Prezident İlham Əliyevin bugünkü açılış mərasimini dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırdığı, Serbiyanın Azərbaycan təbii qazı alacaq doqquzuncu ölkə olacağını qeyd etdiyi bildirilir.

Məqalələrdə Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, iki ölkənin strateji tərəfdaş olduğu qeyd olunur. Layihənin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi xüsusi vurğulanır.

Bildirilir ki, Serbiya tərəfinin “Bulgartransgaz” şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.

İnterkonnektor Serbiyanın Avropanın təbii qaz xəritəsindəki mövqeyini gücləndirəcək. Boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır.

Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir.














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşmüş 3 nəfər TAPILDI

İtkin düşmüş 3 nəfər TAPILDI

Bakıda yeni "moll" tikilir

Bakıda yeni "moll" tikilir

İranın sərhəd bölgələrində ABŞ qoşunları ilə döyüşlər başlayıb

İranın sərhəd bölgələrində ABŞ qoşunları ilə döyüşlər başlayıb

Türkiyədə zəlzələ anı kameraya düşdü – VİDEO

Türkiyədə zəlzələ anı kameraya düşdü – VİDEO

Ronaldo dubl etdi, “Əl Nəsr” qalib gəldi - VİDEO

Ronaldo dubl etdi, “Əl Nəsr” qalib gəldi - VİDEO

İlham Əliyevdən Seneqal Prezidentinə MƏKTUB

İlham Əliyevdən Seneqal Prezidentinə MƏKTUB

​İran Küveytdə ABŞ-yə məxsus vertolyotu vurub - FOTO

​İran Küveytdə ABŞ-yə məxsus vertolyotu vurub - FOTO

Azərbaycanda mina partlayışlarında ölənlərin sayı açıqlandı

Azərbaycanda mina partlayışlarında ölənlərin sayı açıqlandı

Biləsuvarda 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Biləsuvarda 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq - FOTO

​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq - FOTO

Bu ərazilərdə mənzillər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə mənzillər kəskin BAHALAŞACAQ

Peruda stadion çöküb: ölən və yaralananlar var

Peruda stadion çöküb: ölən və yaralananlar var

“Tərtər işi”ndə zərərçəkən MAXE bu qədər təzminat alacaq

“Tərtər işi”ndə zərərçəkən MAXE bu qədər təzminat alacaq

“Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasındadır” – Rəsmi Bakı

“Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasındadır” – Rəsmi Bakı

“Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

“Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

Putin Tolstoyun nəticəsinə vətəndaşlıq VERDİ

Putin Tolstoyun nəticəsinə vətəndaşlıq VERDİ

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ olub? – YENİLƏNİB

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ olub? – YENİLƏNİB

Hava kəskin dəyişir: Sel, daşqınla bağlı XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Sel, daşqınla bağlı XƏBƏRDARLIQ

Səfir: Azərbaycanın dəstəyi İran üçün önəmlidir

Səfir: Azərbaycanın dəstəyi İran üçün önəmlidir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Azərbaycan XİN Seneqalı təbrik etdi

Azərbaycan XİN Seneqalı təbrik etdi

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

End of content

No more pages to load

RADİO