BƏƏ rəhbəri Prezident İlham Əliyevə zəng edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdə keçiriblər.

Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.
Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşmüş 3 nəfər TAPILDI

İtkin düşmüş 3 nəfər TAPILDI

Bakıda yeni "moll" tikilir

Bakıda yeni "moll" tikilir

İranın sərhəd bölgələrində ABŞ qoşunları ilə döyüşlər başlayıb

İranın sərhəd bölgələrində ABŞ qoşunları ilə döyüşlər başlayıb

Türkiyədə zəlzələ anı kameraya düşdü – VİDEO

Türkiyədə zəlzələ anı kameraya düşdü – VİDEO

Ronaldo dubl etdi, “Əl Nəsr” qalib gəldi - VİDEO

Ronaldo dubl etdi, “Əl Nəsr” qalib gəldi - VİDEO

İlham Əliyevdən Seneqal Prezidentinə MƏKTUB

İlham Əliyevdən Seneqal Prezidentinə MƏKTUB

​İran Küveytdə ABŞ-yə məxsus vertolyotu vurub - FOTO

​İran Küveytdə ABŞ-yə məxsus vertolyotu vurub - FOTO

Azərbaycanda mina partlayışlarında ölənlərin sayı açıqlandı

Azərbaycanda mina partlayışlarında ölənlərin sayı açıqlandı

Biləsuvarda 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Biləsuvarda 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq - FOTO

​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq - FOTO

Bu ərazilərdə mənzillər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə mənzillər kəskin BAHALAŞACAQ

Peruda stadion çöküb: ölən və yaralananlar var

Peruda stadion çöküb: ölən və yaralananlar var

“Tərtər işi”ndə zərərçəkən MAXE bu qədər təzminat alacaq

“Tərtər işi”ndə zərərçəkən MAXE bu qədər təzminat alacaq

“Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasındadır” – Rəsmi Bakı

“Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasındadır” – Rəsmi Bakı

“Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

“Kızılcık şerbeti”ndən qovulan Doğukanın yeni layihəsi

Putin Tolstoyun nəticəsinə vətəndaşlıq VERDİ

Putin Tolstoyun nəticəsinə vətəndaşlıq VERDİ

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ olub? – YENİLƏNİB

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ olub? – YENİLƏNİB

Hava kəskin dəyişir: Sel, daşqınla bağlı XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Sel, daşqınla bağlı XƏBƏRDARLIQ

Səfir: Azərbaycanın dəstəyi İran üçün önəmlidir

Səfir: Azərbaycanın dəstəyi İran üçün önəmlidir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Azərbaycan XİN Seneqalı təbrik etdi

Azərbaycan XİN Seneqalı təbrik etdi

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

End of content

No more pages to load

RADİO