Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 8 dekabr 2023-cü il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmiş Təqvim planı ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
//www.msk.gov.az/uploads/teqvim_plani/Teqvim_Plani_2024.pdf
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Bizim.Media