Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səyləri dəstəklədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN rəsmi “X” hesabında paylaşım edilib.
“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik. Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, - deyə paylaşımda qeyd edilib.

Bizim.Media