İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.

Bizim.Media xəbər verir ki, Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. 

O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırladı və bütün bunları müsbət addım kimi dəyərləndirib. Avropa Şurasının Baş katibi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir.

Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyən Mariya Peyçinoviç Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlığın formalaşdığını qeyd edib. Prezident İlham Əliyev özünün Avropa Şurası ilə əlaqələrini və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Dövlətimizin başçısı vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

Söhbət zamanı AŞPA-da Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyi bildirilib. Praktiki sahələrdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Görüşdə mədəniyyətlərarası dialoq prosesində Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa toxunulub, bu əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulanıb. Ölkəmizdə ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumunda Avropa Şurasının tərəfdaş qismində çıxış etməsinin, həmçinin Avropa Şurasında islamofobiya meyillərinə qarşı xüsusi nümayəndənin təyin olunmasının təqdir edildiyi bildirilib.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

Mixeil Kavelaşvilidən İlham Əliyevin səfəri ilə bağlı PAYLAŞIM - FOTO

Mixeil Kavelaşvilidən İlham Əliyevin səfəri ilə bağlı PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO