Azərbaycan düşmənlərinə “növbədənkənar zərbə” – Fevralın 7-si həm də niyə bayramdır?

Xəbər verdiyimiz kimi Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bizim.Media Sfera.az saytının baş redaktoru Ozal Məmmədovun mövzu ilə bağlı yazısını olduğu kimi təqdim edir:

Gözlənilməz oldu.

Cəmi iki aydan sonra növbədənkənar prezident seçkilərinə gedirik. Oxucu məlumatlı olsa da, yenə xatırladım ki, növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub. İndi isə siyasi kluarlarda cavabı tapılmağa çalışılan sualla bağlı mümkün ehtimalları sadalayaq. Öncə isə sual:

Nə baş verir? Növbədənkənar seçki elanının səbəbləri nədir?


Ağıla gələn ilk ehtimal odur ki, prezident seçkilərinin keçiriləcəyi 2025-ci ildə həm də növbəti parlament seçkiləri nəzərdə tutulmuşdu. Ölkə üçün taleyüklü 2 mühüm seçki yarışının eyni ildə reallaşması təbii ki, müəyyən texniki problemlər yaradacaqdı. Görünür, qərarın verilməsində bu faktor da öz rolunu oynayıb. Amma səbəb təkcə budurmu?

Ehtimallardan biri isə 2024-cü ildə Cənubi Qafqazda, eləcə də Azərbaycanda strateji maraqları olan iki böyük dövlət – ABŞ və Rusiyada da prezident seçkilərinin baş tutacağıdır. Bu faktın ölkəmizdəki növbədənkənar seçkilərə nə kimi təsirinin olub-olmadığını biz yalnız təxmin edə bilərik...

Nəyi, nə zaman edəcəyini isə İlham Əliyev bilir


Nəzərdən keçirilməyə layiq olan daha bir detala diqqət edək.  İlham Əliyevin komandanlığında başladılan və işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsindən sonra başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri rəsmi Bakıya qarşı təzyiqləri artırıb.

Sanksiyalar təhdidindən tutmuş siyasi çalarlı bəhanələrə qədər, mümkün olan hər şeydən təzyiq aləti kimi yararlanmağa çalışırlar. 30 il yurd-yuvalarından didərgin düşmüş Azərbaycan vətəndaşının pozulmuş hüquqlarından illər boyu bir cümlə də danışmayan bu dairələr agentura şəbəkələrinin üzvlərinin haqlı həbslərini söz azadlığına, az qala demokratiyaya təhdid kimi dəyərləndirməyə cəhdlər göstərirlər. Bu növbədənkənar seçkilər həm də bu bəhanələrə SON QOYACAQ. Biz 2024-cü il fevralın 7-də bütün dünyaya deyəcəyik:

Bu da demokratiya! Bu da azad seçki! Sonra?


Gün kimi aydındır ki, İlham Əliyevin bu seçkilərdə xüsusi seçki kampaniyasına da ehtiyacı yoxdur. Onun ölkədəki reytinq göstəricilərini Avropada da, uzaq ABŞ-da da yaxşı bilirlər. Bu baxımdan, İlham Əliyev növbədənkənar prezident seçkiləri təyin etməklə düşmənlərin əlindəki kartları zərərsizləşdirmiş oldu. Fevralın 7-də bütün dünya demokratiya şöləninə şahidlik edəcək. Bununla da Qərbin işğalçı ordusunun ön əsgərləri olan “demokratiya qamçısı” qırılacaq. Azərbaycan xalqı isə həmin gün təkcə demokratiya təntənəsini yox, həm də siyasi həyatında bir İLK OLAN tarixi anı yaşayaşaq...

Bu seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində baş tutmuş olacaq!


Azərbaycan vətəndaşı fevralın 7-də Xankədidə səs verəcək! Seçimini Şuşadan edəcək. Düşmənin xarabaya çevirdiyi Ağdam planetin siyasət paytaxtlarına demokratiya dərsi verəcək. Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimiz bu siyasi hadisə ilə Azərbaycanın ayrılmaz hissəsi olduğunu növbəti dəfə nümayiş etdirəcək.

Odur ki, 2024-cü il, fevralın 7-si təkcə seçki günü deyil, həm də bayramdır!

Bayramda görüşənədək. Həmişə bayramlarda görüşək!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Muhsin Şentürk Azərbaycana gəlib - FOTO

Muhsin Şentürk Azərbaycana gəlib - FOTO

166 vətəndaş su basmış ərazilərdən belə təxliyə olundu – FOTO/VİDEO

166 vətəndaş su basmış ərazilərdən belə təxliyə olundu – FOTO/VİDEO

Dəm qazından zəhərlənən uşaqlarla bağlı Sumqayıt İH-dən AÇIQLAMA

Dəm qazından zəhərlənən uşaqlarla bağlı Sumqayıt İH-dən AÇIQLAMA

Mədəniyyət və İncəsənət Universitetində niyə elektron jurnal işləmir? – Rəsmi AÇIQLAMA

Mədəniyyət və İncəsənət Universitetində niyə elektron jurnal işləmir? – Rəsmi AÇIQLAMA

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

DİM-dən riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı AÇIQLAMA

DİM-dən riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı AÇIQLAMA

İran ABŞ-ı zənginləşdirilmiş uranı oğurlamağa cəhddə ittiham etdi

İran ABŞ-ı zənginləşdirilmiş uranı oğurlamağa cəhddə ittiham etdi

Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Ukrayna dronları Rusiyanın “Admiral Qriqoroviç” freqatını vurdu – VİDEO

Ukrayna dronları Rusiyanın “Admiral Qriqoroviç” freqatını vurdu – VİDEO

Hakimlər Komitəsi TƏSDİQLƏDİ – Əliyar Ağayev “Turan”ın iki penaltisini verməyib – VİDEO

Hakimlər Komitəsi TƏSDİQLƏDİ – Əliyar Ağayev “Turan”ın iki penaltisini verməyib – VİDEO

Yağışa görə endirilən sürət həddi bərpa olundu

Yağışa görə endirilən sürət həddi bərpa olundu

Qızılın qiyməti bir yerdə dayanmır: nə vaxt alsaq, uduzmarıq? – AÇIQLAMA

Qızılın qiyməti bir yerdə dayanmır: nə vaxt alsaq, uduzmarıq? – AÇIQLAMA

İDDİA: Macarıstanda Van Qoqun naməlum əsəri tapıldı

İDDİA: Macarıstanda Van Qoqun naməlum əsəri tapıldı

Prezident: “Orta Dəhliz bizim üçün əsas nəqliyyat damarıdır”

Prezident: “Orta Dəhliz bizim üçün əsas nəqliyyat damarıdır”

Ceyhun Sultanov “Araz Naxçıvan”ın prezidenti OLACAQ?

Ceyhun Sultanov “Araz Naxçıvan”ın prezidenti OLACAQ?

SORĞU: İspanlar Trampı dünya sülhü üçün əsas təhdid sayır

SORĞU: İspanlar Trampı dünya sülhü üçün əsas təhdid sayır

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

İlham Əliyev: “Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir” - VİDEO

İlham Əliyev: “Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir” - VİDEO

Nazirlik 3 ayda qaytarılan ƏDV-lərin məbləğini açıqladı

Nazirlik 3 ayda qaytarılan ƏDV-lərin məbləğini açıqladı

İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO