Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib.

Nazir bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli və ölkəmizin suverenliyinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Bu dönəmdə ölkəmizdə fəaliyyət göstərən səfirin bu tarixi proseslərin şahidi olduğu xatırlanıb. Post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan bərpa-quruculuq işlərində, eləcə də yaşıl enerji zonalarının yaradılması və Azad İqtisadi Zonalar çərçivəsində ölkəmizin Yaponiya tərəfi ilə əməkdaşlığı üçün böyük imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"BakuBus"ın avtobusu yük maşını ilə toqquşdu

"BakuBus"ın avtobusu yük maşını ilə toqquşdu

Ukrayna MDB-nin bu müqaviləsindən çıxdı – FƏRMAN

Ukrayna MDB-nin bu müqaviləsindən çıxdı – FƏRMAN

Sabunçu rayonunda moped oğurlayanlar TUTULDU

Sabunçu rayonunda moped oğurlayanlar TUTULDU

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Suriya prezidenti sabah Moskvaya gedəcək

Suriya prezidenti sabah Moskvaya gedəcək

Paşinyan komandasına seçki ilə bağlı bu TAPŞIRIĞI VERDİ

Paşinyan komandasına seçki ilə bağlı bu TAPŞIRIĞI VERDİ

46 nömrəli avtobusda sərnişinlər təhlükə ilə ÜZ-ÜZƏ – Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB - FOTO

46 nömrəli avtobusda sərnişinlər təhlükə ilə ÜZ-ÜZƏ – Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB - FOTO

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir - FOTO

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir - FOTO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DTX səfirliyə terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT– VİDEO

DTX səfirliyə terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYATVİDEO

15 yaşlı qızı qaçıran oğlandan yeni XƏBƏR VAR

15 yaşlı qızı qaçıran oğlandan yeni XƏBƏR VAR

Ukraynada nazir müavini olmuş şəxs amnistiyaya düşdü

Ukraynada nazir müavini olmuş şəxs amnistiyaya düşdü

Bakıda Hindistan vətəndaşına qarşı quldurluq edənlərlə bağlı QƏRAR

Bakıda Hindistan vətəndaşına qarşı quldurluq edənlərlə bağlı QƏRAR

Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər

Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər

Azərbaycanda 1100-dən çox tələbə universitetdən XARİC edildi – ÖZƏL/RƏSMİ

Azərbaycanda 1100-dən çox tələbə universitetdən XARİC edildi – ÖZƏL/RƏSMİ

Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?

Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?

Avstraliyada təyyarə qəzaya uğradı – ÖLƏNLƏR VAR - VİDEO

Avstraliyada təyyarə qəzaya uğradı – ÖLƏNLƏR VAR - VİDEO

SON DƏQİQƏ! Əhməd Rəcəblidə güclü yanğın – ANBAAN VİDEO

SON DƏQİQƏ! Əhməd Rəcəblidə güclü yanğın – ANBAAN VİDEO

Minlərlə ilan qış yuxusundan ayıldı - Fəlakəti xəbər verən olay

Minlərlə ilan qış yuxusundan ayıldı - Fəlakəti xəbər verən olay

Rəqsanə yenə azadlıqdam məhrum edilə bilər

Rəqsanə yenə azadlıqdam məhrum edilə bilər

Bu tarixdə güclü qar yağacaq

Bu tarixdə güclü qar yağacaq

Bu gündən məktəblərdə qış tətili başlayır

Bu gündən məktəblərdə qış tətili başlayır

End of content

No more pages to load

RADİO