Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Kolumbiya Respublikasına səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, 6 dekabr tarixində E.Məmmədov Kolumbiyanın xarici işlər naziri Alvaro Duran tərəfindən qəbul edilib, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kolumbiya tərəfindən isə xarici işlər nazirinin müavini Fransisko Koy rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, iqtisadi-ticarət, enerji, humanitar minatəmizləmə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

E.Məmmədov müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Məsləhətləşmələrin ardınca “Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Səfər çərçivəsində E.Məmmədov, həmçinin Kolumbiya Senatının sədri İvan Name ilə görüş keçirib.

Görüşdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti, eləcə də Qoşulmama Hərəkatı və Sakit Okean Alyansı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda, E.Məmmədov Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-ə müsahibə verib.

Müsahibə zamanı Azərbaycan-Kolumbiya ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallar cavablandırılıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO