Prezidentdən sülhlə bağlı MÜHÜM MESAJLAR – “Ya Qərbi azərbaycanlıların qayıdışı təmin olunacaq...” 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barəsində danışarkən bir sıra mühüm mesajlar verib:

“Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu (“Dağlıq Qaradağ respublikası” – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də, biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək.

Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq”.

“Ermənilər vətəndaşlıq alıb, Azərbaycan ərazisində qala bilərlər”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan 2020-ci ildən sonra ölkəmizin ərazisində yaşayan ermənilərə reinteqrasiya istiqamətində dəfələrlə çağırışlar edib:

“Azərbaycan ərazisindəki ermənilər Azərbaycan vətəndaşları statusunda digər xalqların nümayəndələri kimi tam təhlükəsiz və dinc şəraitdə öz mövcudluqlarını davam etdirə bilərlər.

Azərbaycan Prezidenti bir dəfə qeyd edib ki, Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti Azərbaycanın pasport stolundan keçir. Yəni onlar Azərbaycan vətəndaşı statusunda Azərbaycan ərazisində qala bilərlər.

Bunu qəbul etmədikdə isə özlərinə başqa yer seçməlidirlər. Azərbaycan etnik cəhətdən zəngin cəmiyyətdir və burada bütün cəmiyyət üzvləri eyni hüquqlara malikdir. Azərbaycan dünyanın ən effektiv multikultural ölkəsidir. Ölkəmizdə heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik halı heç zaman baş verməyib”.

Deputat deyir ki, ermənilər öz hüquq və təhkükəsizliyi üzərindən spekulyasiya ilə məşğuldurlar:

“Azərbaycan bütün mövqelərində beynəlxalq hüquq normalarına söykənir. Ölkəmizin bütün davranışları hüquq çərçivəsindədir. Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti məsələsi, ümumiyyətlə, müzakirə predmeti olmamalıdır. Bu məsələ heç bir tərəflə müzakirə predmeti ola bilməz. Məsələnin digər tərəfi isə odur ki, azərbaycanlılar tarixin müxtəlif mərhələlərində tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən zorla çıxarılıblar. Bu tarixi torpaqlarımızdakı Azərbaycana məxsus tarixi, mədəni irs məhv edilib. Ermənistan buna görə cavab verməlidir”.

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan Prezidenti ortaya ciddi arqument qoyub:

“Tarixin müxtəlif dövrlərində indi Ermənistan adlanan ata-baba yurdu olan ərazilərimizdən azərbaycanlılar zorla çıxarılıb və onlara qarşı soyqırım həyata keçirilib. Belə olan halda, həmin insanların öz ata-baba yerdlarına qayıtmaları da sənəddə hər hansı bir formada təsbit olunmalıdır. Bu Ermənistanın istəyilə birtərəfli qaydada ola bilməz.

İrəvan isə istəyir ki, Azərbaycan ərazisindəki ermənilərlə bağlı hər hansı bir statusa nail olsunlar və bu sülh müqaviləsində öz ifadəsini tapsın.

Bu təbii ki, yolverilməzdir.

Ermənilər könüllü şəkildə Azərbaycan torpaqlarını tərk edib. Məsələnin digər tərəfi isə odur ki, Azərbaycanı könüllü tərk edən ermənilər 30 ildən artıq müddətdə ölkəmizin ərazisində Ermənistan pasportu ilə qeyri-qanuni mövcud olublar. Onlar hansı hüquqi əsasla həmin dövrdə Azərbayan ərazisində yerləşiblər?

Buna görə ermənilər ayrıca məsuliyyət daşımalıdırlar. Azərbayan Prezidenti bu mənada ermənilərin tələbləri qarşısında çox ədalətli, haqlı tələb qoyur ki, belə olan halda Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı da təmin olunmalı və Qərbi azərbaycanlılarla bağlı müddəa da sənəd üzərində əksini tapmalıdır.

Ya belə olmalıdır, ya da ümumiyyətlə heç bir halda bu məsələlər müzakirə predmeti olmasın. Azərbaycan haqlıdır. Tarix göstərdi ki, Azərbaycanın haqlı və ədalətli mövqeləri də zəfər çalır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

End of content

No more pages to load

RADİO