Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək

Xəbər verildiyi kimi bu gün Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Seçki Məcəlləsinə görə, Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.

Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

Qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

Seçki bülletenində qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Siyəzəndə güclü selin fəsadları aradan qaldırılır – FOTO/VİDEO

Muhsin Şentürk Azərbaycana gəlib - FOTO

Muhsin Şentürk Azərbaycana gəlib - FOTO

166 vətəndaş su basmış ərazilərdən belə təxliyə olundu – FOTO/VİDEO

166 vətəndaş su basmış ərazilərdən belə təxliyə olundu – FOTO/VİDEO

Dəm qazından zəhərlənən uşaqlarla bağlı Sumqayıt İH-dən AÇIQLAMA

Dəm qazından zəhərlənən uşaqlarla bağlı Sumqayıt İH-dən AÇIQLAMA

Mədəniyyət və İncəsənət Universitetində niyə elektron jurnal işləmir? – Rəsmi AÇIQLAMA

Mədəniyyət və İncəsənət Universitetində niyə elektron jurnal işləmir? – Rəsmi AÇIQLAMA

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

DİM-dən riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı AÇIQLAMA

DİM-dən riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı AÇIQLAMA

İran ABŞ-ı zənginləşdirilmiş uranı oğurlamağa cəhddə ittiham etdi

İran ABŞ-ı zənginləşdirilmiş uranı oğurlamağa cəhddə ittiham etdi

Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Azərbaycanda selə görə 20-dən çox məktəbdə dərslər dayandırıldı - AÇIQLAMA

Ukrayna dronları Rusiyanın “Admiral Qriqoroviç” freqatını vurdu – VİDEO

Ukrayna dronları Rusiyanın “Admiral Qriqoroviç” freqatını vurdu – VİDEO

Hakimlər Komitəsi TƏSDİQLƏDİ – Əliyar Ağayev “Turan”ın iki penaltisini verməyib – VİDEO

Hakimlər Komitəsi TƏSDİQLƏDİ – Əliyar Ağayev “Turan”ın iki penaltisini verməyib – VİDEO

Yağışa görə endirilən sürət həddi bərpa olundu

Yağışa görə endirilən sürət həddi bərpa olundu

Qızılın qiyməti bir yerdə dayanmır: nə vaxt alsaq, uduzmarıq? – AÇIQLAMA

Qızılın qiyməti bir yerdə dayanmır: nə vaxt alsaq, uduzmarıq? – AÇIQLAMA

İDDİA: Macarıstanda Van Qoqun naməlum əsəri tapıldı

İDDİA: Macarıstanda Van Qoqun naməlum əsəri tapıldı

Prezident: “Orta Dəhliz bizim üçün əsas nəqliyyat damarıdır”

Prezident: “Orta Dəhliz bizim üçün əsas nəqliyyat damarıdır”

Ceyhun Sultanov “Araz Naxçıvan”ın prezidenti OLACAQ?

Ceyhun Sultanov “Araz Naxçıvan”ın prezidenti OLACAQ?

SORĞU: İspanlar Trampı dünya sülhü üçün əsas təhdid sayır

SORĞU: İspanlar Trampı dünya sülhü üçün əsas təhdid sayır

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

İlham Əliyev: “Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir” - VİDEO

İlham Əliyev: “Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir” - VİDEO

Nazirlik 3 ayda qaytarılan ƏDV-lərin məbləğini açıqladı

Nazirlik 3 ayda qaytarılan ƏDV-lərin məbləğini açıqladı

İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

İrakli Kobaxidze: “İlham Əliyev Gürcüstanın dəyərli dostudur”

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO