Rəsmi Bakı Jozep Borrellə CAVAB VERİB

“Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir”.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell tərəfindən səslənmiş fikirlərinə cavabında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İcma: "Borel kimilərinin sayəsində Aİ-nin Azərbaycanda nüfuzu aşağı düşüb"


“Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir.

Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borrellin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur.

Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir.

Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə Azərbaycanlıların hüquqlarına hörmətsizlikdir. Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15000 nəfəri Ermənistan ordusunun heyəti idi.

Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borrellin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır. Jozep Borrellin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.

Aİ nümayəndəsinə həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq edilməsi bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub.

Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünü müdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib”, - o deyib.

Ayxan Hacızadə bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

İran İsrailin konteyner gəmisini vurub

İran İsrailin konteyner gəmisini vurub

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

End of content

No more pages to load

RADİO