Səttar Möhbalıyev yenidən Pan Avropa Regional Şurasının vitse-prezidenti seçildi – FOTO  

Belçikanın paytaxtı Brüssel şəhərində Pan Avropa Regional Şurası (PARŞ) Baş Assambleyasının 5-ci iclası keçirilib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Bizim.Media-ya bildirilib ki, tədbirdə PARŞ-ın 2019-2023-cü illər üzrə hesabatı dinlənilib və növbəti 4 il üçün fəaliyyət planı müzakirə olunub. Eləcə də PARŞ-ın prezidenti İrakli Petriaşvili və baş katibi Ester Lanç iclasda çıxış ediblər . 

Tədbirdə çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən dövr ərzində PARŞ-ın fəaliyyətinə toxunub, işçilərin mənafeyi naminə Şuranın əhəmiyyətli qərarlarından, həyata keçirdiyi vacib layihələrdən, həmçinin həmkarlar ittifaqlarının həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıb. AHİK sədri qurumun gənclərlə apardığı işi və gender siyasətini xüsusi olaraq vurğulayıb. 


Səttar Möhbalıyev, həmçinin AHİK-in PARŞ ilə birgə layihələri və Azərbaycanda keçirilən tədbirləri barədə məlumat verib.

O eləcə də həmkarlar ittifaqlarının maarifləndirilməsi işinə müvafiq beynəlxalq təşkilatların mütəxəssislərinin cəlb edilməsinin vacibliyini qeyd edib və bu məsələnin Baş Assambleyanın gündəliyinə salınması təklifini irəli sürüb. Bildirib ki, bu istiqamətdə AHİK hər zaman olduğu kimi, bundan sonra da PARŞ-a dəstək göstərməyə hazırdır. 

S.Möhbalıyev qlobal səviyyədə transmilli korporasiyalarla sosial dialoq qurulmasında, həmçinin sosial ədalətlə bağlı problemlərin həll edilməsində müvafiq beynəlxalq təşkilatların dəstəyinə ehtiyac olduğunu qeyd edib. 


Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. 

Həmçinin Baş Assambleyada PARŞ-ın yeni rəhbərliyi və tərkibi seçilib. Moldova Həmkarlar İttifaqları Konfederasiyasının sədri İqor Zubku Şuranın yeni prezidenti olub, Ester Lanç isə baş katib vəzifəsinə təsdiqlənib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti seçilib. 
Yenidən quruma vitse-prezident seçilməsinə görə minnətdarlığını çatdıran Səttar Möhbalıyev bunu Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Lukaşenko: “Heç bir ölkə İranı məğlub edə bilməz” – VİDEO

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Amnistiya aktı Azər Maqsudova da ŞAMİL OLUNDU

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

Nəhəng ağac “BYD”nin üstünə aşdı – VİDEO

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

İrandan Azərbaycana növbəti TƏŞƏKKÜR

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Sumqayıt Tibb Mərkəzi zəhərlənən uşaqları tam sağalmamış evə niyə BURAXIB? – Rəsmi AÇIQLAMA

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

Hindistanda qeyri-adi TAKTİKA – Sərhədi ilan və timsahlar qoruya bilər

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

ABŞ İranın hərbi obyektlərini belə məhv etdi – VİDEO

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR

İran İsrailin konteyner gəmisini vurub

İran İsrailin konteyner gəmisini vurub

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Aqil Abbasdan Murad Arifə CAVAB: “Müğənnilərdən gözü açılsa, fikir verər” - ÖZƏL/VİDEO

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Uşaqlar arasında suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Ferentsvaroş” “Qarabağ”ın hansı futbolçusunu İSTƏYİR?

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

“Dərnəgül” dayanacağı ilə bağlı ADY məlumat yaydı

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində - FOTO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Qusarda sel aparan 29 yaşlı gəncin ölümü ilə bağlı TƏFƏRRÜAT - VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bakıda kollektor üzərində tikilən ev tam söküldü - FOTO/VİDEO

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu hallar “Azərişıq” əməkdaşlarına problemlər yaradır – Sel suları ilə bağlı qurumdan açıqlama

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bu avtobusların hərəkət sxemi dəyişdirildi – SİYAHI

Aprelin pensiyası bu tarixdə veriləcək

Aprelin pensiyası bu tarixdə veriləcək

End of content

No more pages to load

RADİO